“Dünya incəsənəti”ndə
“Yaz təranələri”
Azərbaycanlı rəssamın əsərləri ABŞ-da nümayiş etdirilib
Xəbər verdiyimiz kimi, ABŞ-ın Miçiqan ştatındakı “Arte De Mundo” qalereyasında keçirilən “Dünya incəsənəti” ekspozisiyasında Azərbaycanın tanınmış rəssamı, beynəlxalq mükafat laureatı Mehriban Əfəndinin əsərləri də yer alıb. Rəssamın “Twirling”, “Shabi", “Hicran”, “İmpressiya”, “Yaz təranələri”, “Gecənin mistikası" əsərləri orijinal və rəqəmsal şəkildə nümayiş olunub.
Mehriban Əfəndi 3 il əvvəl “Arte De Mundo” qalereyası ilə əməkdaşlıq haqqında saziş imzalayıb. Qalereyanın rəhbəri Vircinya Ximenez dəfələrlə rəssamın əsərlərini beynəlxalq ekspozisiyalarda nümayiş etdirib.
Mehriban Əfəndi 2010-cu ildən Avropa, Asiya,
Şimali və Cənubi Amerika ölkələrindən olan rəssamları
birləşdirən “Beynəlxalq sürrealizm bu gün” layihəsində
də iştirak edir. Həmyerlimizin əsərləri
ABŞ-dan savayı Hollandiya, Portuqaliya, Bolqarıstan və
başqa ölkələrdə nümayiş olunub. 2003-cü
ildə M.Əfəndi dünyanın ən yaxşı
kompüter rəssamlarının və 2010-cu ildə
dünyanın 50-dək görkəmli sürrealist rəssamının
sırasına düşüb. Rəssam 2014-cü ildə Sandro
Bottiçelli mükafatının (İtaliya) laureatı olub.
Mədəniyyət.- 2015.- 30
oktyabr.- S. 16.