Məcnun Kərimova
həsr olunmuş kitab işıq üzü görüb
“Apostrof” MMC nəşriyyatında filologiya üzrə fəlsəfə doktoru Şövkət Hüseynovanın “Qədim musiqi alətlərinin tədqiqatçısı” kitabı işıq üzü görüb.
Kitabın ön söz müəllifi və rəyçisi Milli Avrasiya Akademiyasının prorektoru, Əməkdar mədəniyyət işçisi Şəmsəddin Axundov, elmi redaktoru Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) rektoru, professor, Xalq artisti Fərhad Bədəlbəyli, ixtisas redaktorları BMA-nın prorektoru, professor, Əməkdar incəsənət xadimi Gülnaz Abdullazadə, BMA-nın “Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi” elmi laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Maya Qafarova, redaktoru jurnalist-publisist Amalya Bayramovadır.
Kitab qədim musiqi alətlərimizin tədqiqatçısı, sənətşünaslıq elmləri doktoru, professor, Xalq artisti Məcnun Kərimovun əziz xatirəsinə və 70 illik yubileyinə həsr olunub. Nəşrdə yer alan yazılarda professorun bioqrafiyası, həyat yolu və elmi-pedaqoji fəaliyyəti öz əksini tapıb.
Kitabda Məcnun Kərimovu yaxından tanıyan, vaxtilə birgə çalışan musiqişünasların, alimlərin onunla bağlı xatirələri verilib. Nəşrdə həmçinin Şərq orta əsr musiqi mədəniyyətində vaxtilə geniş yayılan çəng, Şirvan tənburu, rud, barbəd, çəqanə, covur, rübab, səntur, qopuz kimi musiqi alətlərinin Məcnun Kərimov tərəfindən bərpa edilməsi, musiqi həyatına qaytarılması, qədimdən gələn səslərə necə yeni nəfəs verməsi haqqında məqalələr dərc olunub.
Savalan Fərəcov
Mədəniyyət.- 2015.- 30
oktyabr.- S. 13.