“Azərbaycan - islam mədəniyyətinin incisi”

 

İstanbuldakı 29 Mayıs Universitetində İslam Araşdırmaları Mərkəzi ilə birlikdə “Azərbaycan - islam mədəniyyətinin incisi” mövzusunda sərgi təşkil olunub. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildiriblər. Mərkəzin rəhbəri, dinşünas alim Təyyar Altıqulac və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxış edərək sərgi barədə fikirlərini bölüşüblər.

Səyyad Salahlı islamın Azərbaycanda VIII əsrin əvvəllərindən etibarən hakim din olduğunu diqqətə çatdırıb, Azərbaycan xalqının islam mədəniyyətinə verdiyi töhfələr barədə danışıb. Qeyd edib ki, Avropa ilə Asiyanın qovuşuğunda yerləşən ölkəmizin mədəniyyəti həm Qərbin, həm də Şərqin elementlərini özündə ehtiva edir. Qloballaşma dövründə Azərbaycan mədəniyyəti dünya mədəniyyətinə uğurla inteqrasiya olunur, ancaq müstəqil Azərbaycan dövləti öz mədəniyyət siyasətində milli mənəvi dəyərləri qoruyub saxlamaq üçün əhəmiyyətli tədbirlər həyata keçirir.

Sonra sərgiyə baxış keçirilib. Sərgi bir neçə gün davam edəcək.

 

Mədəniyyət.- 2015.-30  oktyabr.- S. 12.