AMEA-nın 70
illiyi ilə bağlı daha bir nəşr
Azərbaycan Milli Elmlər Akademiyasının
(AMEA) rəyasət heyəti aparatının Azərbaycanda
elmi irsin toplanması və sistemləşdirilməsi mərkəzinin
rəhbəri, tarix üzrə elmlər doktoru Zemfira
Hacıyevanın “AMEA prezidentləri. Şanlı yolun mərhələləri”
kitabı çapdan çıxıb. Nəşrdə
AMEA-nın inkişaf mərhələləri, 70 illik fəaliyyəti
dövründə bu quruma rəhbərlik etmiş prezidentlərin
həyat və fəaliyyətinə dair ətraflı məlumatlar
Azərbaycan, rus və ingilis dillərində yer alıb.
Kitabın baş elmi məsləhətçisi AMEA-nın
prezidenti, akademik Akif Əlizadədir.
Mədəniyyət.- 2015.- 30
oktyabr.- S. 12.