“Ədəbiyyatımızın vicdanı”

 

“Ədəbiyyatımızın vicdanı. Məmməd Arif Dadaşzadə: məqalələr, xatirələr, məktublar” kitabı “Elm” nəşriyyatında çapdan çıxıb. Kitab Azərbaycan ədəbiyyatşünaslığı və ədəbi tənqidinin yaradıcılarından biri, pedaqoq, tərcüməçi, akademik Məmməd Arif Dadaşzadənin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirir. Nəşrdə M.A.Dadaşzadə haqqında müxtəlif illərdə mətbuatda, elmi jurnallarda dərc olunmuş məqalələr, alimə ünvanlanan çoxsaylı məktubların bir hissəsi yer alıb.

 

Mədəniyyət.- 2015.- 30 oktyabr.- S. 12.