İncə
zövqü muncuqlara yeni həyat verir
Qusarın Əniq kənd sakini Leyla Qayıbova qeyri-adi bacarığı sayəsində hazırladığı əl işləri ilə çoxlarının marağına səbəb olub. 22 yaşlı gənc gips və kiçikölçülü muncuqlardan istifadə etməklə, dekorativ tətbiqi sənət nümunələri yaradır. Onun ən diqqətçəkən əl işləri müxtəlif fəsilləri özündə əks etdirən ağac fiqurlarıdır.
İndiyədək 50-dən artıq tətbiqi
sənət nümunəsi düzəldən Leyla Qayıbova
hər işin hazırlanmasına təxminən 5-10 gün
vaxt sərf edir. Mürəkkəb quruluşlu dekorativ sənət
nümunələri daha çox vaxt aparır. İstedadlı
gəncin dekorativ-tətbiqi sənət nümunələri
Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində
təşkil olunan sərgidə nümayiş etdirilir.
Mədəniyyət.- 2015.- 30
oktyabr.- S. 10.