Türk
dünyasının söz ustadı
Oğuz rayon Mədəniyyət mərkəzində Xalq şairi Bəxtiyar Vahabzadənin 90 illiyinə həsr edilmiş “Azərbaycanın nəğməkar şairi” adlı musiqili ədəbi-bədii gecə keçirilib. Mərkəzin metodisti A.Hüseynov görkəmli şair və ədəbiyyatşünas, ictimai xadim, akademik B.Vahabzadənin həyat və yaradıcılığından söz açıb. Mərkəzdə fəaliyyət göstərən dərnək üzvlərinin ifasında şairin şeirləri səslənib. Mərkəzin mədəni-kütləvi işçisi M.Malıyev gözəl avazı ilə şairin şeirlərinə bəstələnmiş mahnılarını ifa edib.
Tədbirin sonunda çıxış edən
Mədəniyyət və Turizm Şöbəsinin müdiri
U.Baxışova bildirib ki, B.Vahabzadə şair, ictimai xadim, vətəndaş
kimi ana dilimizin də fəal təbliğatçısı və
qoruyucusu olub. Onun yaradıcılığında istiqlaliyyət,
vətənpərvərlik ideyaları, Vətənə,
xalqa, torpağa dərin məhəbbət ruhu xüsusi önəm
daşıyır.
Mədəniyyət.- 2015.- 30
oktyabr.- S. 10.