“Kitab sənin yol yoldaşın”

 

Oktyabrın 27-də Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin səyyar şöbəsi 16 saylı məktəbdə “Kitab sənin silahdaşın, sədaqətli yol yoldaşın” başlığı altında sərgi təşkil edib. Sərgidə kiçik və ortayaşlı uşaqlar üçün müxtəlif mövzulu kitablar nümayiş olunur. Uşaqların kitablara, mütaliəyə marağını artırmaq məqsədi daşıyan sərgi on gün davam edəcək.

 

Mədəniyyət.- 2015.- 30 oktyabr.- S. 10.