“Qəhrəmanlıq - nəsillərə əmanət, gələcəyə zəmanətdir”

 

Sumqayıt şəhər Mərkəzi uşaq kitabxanasında Nizami Gəncəvi adına Uşaq kitabxana klubu ilə birgə 28 və 38 saylı orta məktəblərin VI sinif şagirdlərinin iştirakı ilə "Qəhrəmanlıq - nəsillərə əmanət, gələcəyə zəmanətdir" adlı viktorina keçirilib.

Mərkəzi uşaq kitabxanasının multimedia mütəxəssisi Səbinə Qasımovanın apardığı viktorinada şagirdlər Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, incəsənəti və ədəbiyyatına dair sualları cavablandırıblar. Üç turdan ibarət viktorinada 38 saylı məktəbin VI A sinif şagirdlərindən ibarət “Şahinlər” komandası qalib gəlib və kitabxanalar tərəfindən mükafatlandırılıb.

 

Mədəniyyət.- 2015.- 30 oktyabr.- S. 10.