Qəbələ
muzeyində xalq sənəti nümunələri
Azərbaycanın qədim xalq sənətinin
nümunələri arasında nəccarlıq xüsusi yer
tutur. Nəccarlıq sənəti ilə bir çox bölgələrimizdə
məşğul olmuşlar. Adətən vələs, tut və
fıstıq ağaclarından hazırlanan bu nümunələr
Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinin ekspozisiyasında
da qorunmaqdadır. Ağacdan hazırlanan vəl, xış, xəmir
təknələri, müxtəlif formalı tabaqlar,
dördayaqlar, çömçələr və s. muzeyin
ekspozisiyasını bəzəməkdədir. Onu da qeyd edək
ki, XX əsrin ortalarınadək bu sənətə tələbat
çox olub. Son zamanlar elm və texnikanın inkişafı ilə
əlaqədar olaraq bu sənətkarlıq növü də
tarixə qovuşur. Artıq bu sənətlə məşğul
olanlara az rast gəlmək olar.
Mədəniyyət.- 2015.- 30
oktyabr.- S. 10.