ALISA proqramı
ilə bağlı növbəti treninqlər
Mərkəzləşdirilmiş avtomatlaşdırılmış kitabxana sistemi olan ALISA proqramının ölkə kitabxanalarında tətbiqi ilə bağlı Azərbaycan Milli Kitabxanasında treninqlər davam edir. Növbəti 10 günlük treninqdə Sumqayıt şəhər, Abşeron, Ağsu, Cəlilabad, Masallı, Göyçay, Kəlbəcər, Şuşa və Zəngilan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin mütəxəssisləri iştirak edib. Məqsəd ALISA proqramında işləməklə yanaşı, MARC 21 formatını öyrənmək və müvafiq mərkəzləşdirilmiş kitabxana sistemlərində tətbiqdir.
Milli Kitabxananın direktoru, professor Kərim
Tahirov treninqin proqramı hazırlayan “Ultra” şirkətinin
mütəxəssisləri tərəfindən
aparıldığını qeyd edib. Treninqin sonunda dinləyicilərə
sertifikatlar veriləcək.
Mədəniyyət.- 2015.- 30
oktyabr.- S. 6.