ADMİU-nun müəllim və tələbələri Macarıstanda beynəlxalq festivalda

 

Oktyabrın 24-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin instrumental ifaçılıq kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səbinə Mehdiyevanın rəhbərliyi ilə 10 nəfərlik heyət Macarıstanın Balaton və Vesperm şəhərlərində keçirilən "Gold autumn" (“Qızıl payız”) beynəlxalq musiqi festivalında iştirak etmək üçün bu ölkəyə gedib. Səbinə Mehdiyeva festivalın münsiflər heyətinin üzvü seçilib.

14 ölkədən 280 iştirakçının qatıldığı festival-müsabiqədə Səbinə Mehdiyevanın tələbələrindən Könül Kərimli, Babək Cəfərov, universitetin baş müəllimi Humay Mansurovanın yetirmələri Emil Hacıyev və Şədidə Ağasiyeva, baş müəllim Sevda Axundovanın tələbələri Nərmin Qasımlı və Jalə Səmədli mükafatlara layiq görülüblər.

“Gold autumn" beynəlxalq musiqi festivalı noyabrın 1-dək davam edəcək.

 

Mədəniyyət.- 2015.- 30 oktyabr.- S. 5.