Xoş xatirəli görüş

 

Avqustun 27-də Neftçala rayon Mərkəzi kitabxanasının akt zalında rayonun tanınmış ziyalılarından biri, Əməkdar müəllim, kitabpublisistik məqalələrin müəllifi Tədbir Mahmudovun anadan olmasının 78 illiyi ilə əlaqədar görüş keçirilib.

Görüşdə 54 illik əmək fəaliyyətinin 35 ilini rəhbər vəzifələrdə, o cümlədən 18 il rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışmış, xeyirxah əməlləri ilə el-obasının hörmətini qazanmış qocaman ziyalının ömür yolundan, fəaliyyətindən söz açılıb.

Bildirilib ki, Tədbir müəllim bu günyorulmadan çalışır, öz xeyirli işini davam etdirir. 2010-cu ildən öz şəxsi vəsaiti hesabına təsis etdiyi, 2014-cü ildən isə rayon Tarix-Diyarşünaslıq Muzeyinin nəzdində fəaliyyət göstərən “Təhsil muzeyinin yaşamasında, zənginləşməsində böyük xidmətlər göstərir.

Çıxış edənlər Tədbir müəllimlə bağlı şirin xatirələrindən, bir-birindən maraqlı gözəl anlarından, həmçinin şeirlərindən parçalar söyləyiblər, səmimi arzularını ifadə ediblər.

Müğənnilərin ifasında ruhu oxşayan mahnılar da bu söz məclisinə rəngarənglik qatıb.

Sonda Tədbir Mahmudov çıxış edərək Mərkəzi kitabxananın rəhbərliyinə, görüşün bütün təşkilatçılarına dərin təşəkkürünü bildirib.

 

Mədəniyyət.- 2015.- 2 sentyabr.- S. 11.