“Vətən mənə oğul desə!”

 

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Vətən mənə oğul desə!” adlı layihəsi çərçivəsində Mingəçevir şəhər Gənclər evində tədbirlər təşkil olunub.

Layihənin rəhbəri Sara Bağırlının sözlərinə görə, məqsəd Azərbaycan qəhrəmanlarını daha dərindən öyrənib tanımaq və tanıtmaqdır. Tədbir iştirakçılarına layihə çərçivəsində hazırlanmış bukletcib təqvimləri paylanıb, Azərbaycanın tarixi şəxsiyyətləri, onların fəaliyyəti haqqında gənclərə geniş məlumat verilib. Gənclər vətənpərvərlik mövzusunda müzakirələrə qoşulub.

 

Mədəniyyət.- 2015.- 2 sentyabr.- S. 11.