Ölkəmiz
beynəlxalq kitab festivalında təmsil olunub
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi, Pen-klubun prezidenti Çingiz Abdullayev Fransanın Turen Departamentində təşkil olunmuş 20-ci beynəlxalq kitab festival-yarmarkasında ölkəmizi fəxri qonaq statusunda təmsil edib.
Turen-Avropa Mədəniyyət və Kommunikasiya Assosiasiyasının təşkilatçılığı ilə keçirilən festivalda Fransa Elmlər Akademiyasının prezidenti və üzvləri, İsveç Akademiyasının və Nobel ədəbiyyat mükafatı komitəsinin prezidenti, tanınmış dövlət və elm xadimləri, yazıçılar iştirak ediblər. 60 mindən çox oxucunun ziyarət etdiyi festival-yarmarkada iştirak edən yazıçıların kitabları onların avtoqrafları ilə təqdim olunub.
Festivala dəvətin əsas
meyarlarından biri
yazıçıların əsərlərinin fransız
dilində nəşr edilməsidir. Detektiv
janrında onlarla bestsellerin
müəllifi, hüquq elmləri doktoru Çingiz Abdullayevin əsərləri 29 dildə nəşr
edilərək müəllifinə dünyada
böyük şöhrət
qazandırıb.
Mədəniyyət.- 2015.- 2 sentyabr.- S. 6.