“Sülh
aylığı” ilə bağlı dəyirmi masa
Ölkəmizdə 21 avqust - 21 sentyabr tarixlərində keçirilən “Sülh aylığı” çərçivəsində mədəniyyət müəssisələrində tədbirlər təşkil edilir. Sentyabrın 1-də Qubadlı rayon Mərkəzi kitabxanasında bu mövzuda dəyirmi masa keçirilib.
Tədbiri Qubadlı rayon MKS-nin direktoru Müşgünaz Muradova açaraq sülh aylığının 21 sentyabr - Beynəlxalq Sülh Gününə həsr olunduğunu diqqətə çatdırıb, Azərbaycan dövlətinin dinc yanaşı yaşama və sülh prinsipləri əsasında apardığı uğurlu siyasətdən danışıb.
Gənclərdən Aynur Paşayeva, Günel Quluzadə
mövzu haqqında fikirlərini bildiriblər.
Ziba Kazımova, Əmrah Hüseynov,
Eldar Hüseynov sülh aylığı ilə bağlı mədəniyyət
işçilərinin apardığı təbliğat
işlərindən söhbət açıblar. Qubadlı Rayon İcra Hakimiyyətinin
məsul işçisi Elşən Qəhrəmanov
tədbirin təşkilatçılarına öz
minnətdarlığını bildirib.
Mədəniyyət.- 2015.- 2
sentyabr.- S. 5.