Turizm şirkətlərinə və mehmanxanalara lisenziya verilib

 

Ölkə Prezidentinin 2 sentyabr 2002-ci il tarixli müvafiq fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"a və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2015-ci ilin avqust ayı ərzində bir neçə şirkətə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib. Lisenziya alan şirkətlər: "Butterfly travel" Məhdud Məsuliyyətli Cəmiyyəti (Bakı şəhəri); "Natali Travel" MMC (Bakı şəhəri); "Express-TTS" MMC (Gəncə şəhəri).

Respublika ərazisində xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən turizm şirkətlərinin sayı 284-ə çatıb.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən avqust ayı ərzində həmçinin aşağıda qeyd olunan yerləşdirmə obyektlərinə mehmanxanamehmanxana tipli obyektlərin fəaliyyətinə dair xüsusi razılıq (lisenziya) verilib: "Elfaro" istirahət mərkəzi (Xaçmaz rayonu, Seyidli kənd bələdiyyəsi ərazisi); "Azəri" istirahət mərkəzi (Xaçmaz rayonu, Nabran kəndi); "Şah" mehmanxanası (Kürdəmir şəhəri); "Uğur" moteli (Kürdəmir rayonu, Yeni Şıxımlı kəndi); "Alp İnn" mehmanxanası (Bakı şəhəri, Nərimanov rayonu).

Respublika ərazisində xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən mehmanxanaların sayı 332-yə çatıb.

 

Mədəniyyət.- 2015.- 2 sentyabr.- S. 3.