Azərbaycan əlyazmalarının
minillik tarixi
Akademik Rafael Hüseynovun əsəri Böyük Britaniyada nəşr edilib
Görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor, AMEA-nın və Oksford Akademiya İttifaqının həqiqi üzvü Rafael Hüseynovun Böyük Britaniyada yeni əsəri nəşr edilib.
“Sokrat almanaxı” adlı ildə iki dəfə işıq üzü görən külliyyatda Rafael Hüseynovun “Orta əsrlər Azərbaycan əlyazmaları köhnəlməyən mədəniyyət və intellekt hadisəsi kimi” sərlövhəli araşdırması yer alıb. Həmçinin dünyanın bir sıra aparıcı alimləri ilə yanaşı, azərbaycanlı alim də şərqşünaslıq problemləri üzrə mötəbər ekspert olaraq “Sokrat almanaxı”nın redaksiya heyətinə daxil edilib.
Akademik Rafael Hüseynovun tədqiqatında Azərbaycan əlyazmalarının 1000 illik tarixi nəzərdən keçirilir. Müəllif şrift yığımı üsulu ilə ilk Azərbaycan kitabının 1818-ci ildə Təbrizdə nəşr edildiyini, bundan əvvəl isə 8-9 əsr ərzində ədəbiyyatımızın, elmimizin yalnız əlyazma kitabları vasitəsilə yayıldığını vurğulayır.
İrihəcmli, məxəzlərin
dəyərli məlumatları əsasında qələmə
alınmış araşdırmada orta əsr
kitab mədəniyyətində miniatür sənətinin tutduğu
mövqe və azərbaycanlı rəssamların
həmin sahədə müstəsna fəaliyyətlərindən
də geniş bəhs edilir.
Mədəniyyət.- 2015.- 2
sentyabr.- S. 2.