Azərbaycanlı arxeoloqlar Qlazqoda

 

Böyük Britaniyanın Qlazqo şəhərində Avropa Arxeoloqları Assosiasiyasının 21-ci illik toplantısı keçirilir. Toplantıda dünyanın müxtəlif ölkələrindən 1800-dən çox arxeoloq iştirak edir. Ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyası ArxeologiyaEtnoqrafiya İnstitutunun baş elmi işçisi, professor Qafar Cəbiyevin rəhbərliyi ilə alimlər təmsil edirlər.

Sentyabrın 2-də QlazqonunCity Halls” mədəniyyət mərkəzində toplantının rəsmi açılış mərasimi olub. Daha sonra iştirakçılar Qlazqo Elm Mərkəzi ilə tanış olub, orada təşkil edilən ziyafətə qatılıblar.

Sentyabrın 3-də başlanan bölmə iclaslarında azərbaycanlı arxeoloqların məruzə və çıxışları da nəzərdə tutulur. Avropa Arxeoloqları Assosiasiyasının 21-ci illik toplantısı sentyabrın 5-də başa çatacaq.

 

Mədəniyyət.- 2015.- 4 sentyabr.- S. 13.