Beynəlxalq Türk Akademiyasında “Manas” ensiklopediyası təqdim olundu

 

Qazaxıstanın paytaxtı Astanada Beynəlxalq Türk Akademiyasının (BTA) təşkilatçılığı ilə kitab sərgisi keçirilib. Akademiyanın elmi kitabxanasında təşkil olunan sərgidə ziyarətçilərə dörd yeni nəşr - “Manas” ensiklopediyasının Saqımbay variantı, “Manaseposunun lüğəti, qırğız şairi Toktoqul Satılqanovun seçilmiş əsrləri (qazax dilində), “Çingiz Aytmatovmüasir türk dünyası” kitabları təqdim olunub.

Tədbirə qatılan Qazaxıstan və Qırğızıstanın elm, mədəniyyət, ədəbiyyat xadimlərini salamlayan BTA-nın prezidenti Darhan Kıdralı yeni nəşrlərdən söz açıb. Qeyd olunub ki, 1400 səhifədən ibarət olanManas” ensiklopediyasının nəşri türkdilli ölkələr üçün tarixi, mədəni və elmi hadisədir, çünkiManasbütün türk dünyası üçün önəm kəsb edən eposdur. Yaxın gələcəkdə Cayakbay Karalayevə həsr edilən ensiklopediyanın hazırlanması planlaşdırılır. “Çingiz Aytmatovmüasir türk dünyası” kitabı böyük qırğız yazıçısının 85 illiyi münasibətilə keçirilən elmi-praktik konfransdakı məqalələrin toplusudur. Geniş oxucu kütləsi Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Türkiyə alimlərinin maraqlı araşdırmaları ilə tanış ola bilərlər. Sonda qırğız alimlərinə BTA fəxri diplomu təqdim edilib.

 

Mehparə

 

Mədəniyyət.- 2015.- 4 sentyabr.- S. 13.