Elektron viza ilə bağlı turizm şirkətlərinin akkreditasiyası davam edir

 

Vizanın verilməsi prosedurunun beş günə endirilməsi üçün tədbirlər görülür

 

Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 iyun 2015-ci il tarixli, 247 nömrəli qərarı ilə "Turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin akkreditasiyadan keçməsi Qaydası" təsdiq edilmişdir.

Bu qayda Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 38.7-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və turistlərə elektron viza hüququnu əldə etmək üçün ölkədə fəaliyyət göstərən turizm şirkətlərinin Mədəniyyət və Turizm Nazirliyində akkreditasiyadan keçməsi qaydasını müəyyən edir.

Qeyd edək ki, "Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 2012-ci il tarixli, 2577 nömrəli sərəncamının icrasının təmin edilməsi məqsədilə 2013-cü ilin 15 mart tarixindən Azərbaycan Respublikasına viza tələb olunan ölkələrdən turizm məqsədilə gələn xarici turistlərə elektron turist vizalarının verilməsi tətbiq edilir.

Mədəniyyət və Turizm Nazirliyi ilkin olaraq əsasən gəlmə turizmlə məşğul olan 65 turizm şirkətinə sözügedən bu sistemdən istifadə edərək elektron turist vizası almaq hüququ vermişdi. Hazırda ilkin olaraq elektron turist viza sistemindən istifadə etmək həvalə olunmuş turizm şirkətləri "Turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin akkreditasiyadan keçməsi Qaydası"na uyğun olaraq akkreditasiyadan keçirilir.

Mədəniyyət və Turizm Nazirliyindən xüsusi razılıq (lisenziya) almış və qeyd olunan qaydalarda göstərilən tələblərə uyğun gələn istənilən turizm şirkəti akkreditasiyadan keçmək üçün nazirliyə müraciət edə bilərlər.

Elektron turist vizaları müraciət edildikdən ən geci 10 gün müddətinə rəsmiləşdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq, Mədəniyyət və Turizm NazirliyiXarici İşlər Nazirliyi tərəfindən viza verilməsi prosedurunun 10 gündən 5 günə salınması ilə bağlı birgə fəaliyyət həyata keçirilir.

 

Mədəniyyət.- 2015.- 4 sentyabr.- S. 9.