Ankarada COMCEC-in turizm üzrə işçi qrupunun iclası

 

Sentyabrın 3-də Türkiyənin paytaxtı Ankarada İslam Əməkdaşlıq Təşkilatı İqtisadi Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) turizm üzrə işçi qrupunun "Effektiv turizm marketinq strategiyaları: İƏT-ə üzv olan ölkələr üçün İKT (informasiya kommunikasiya texnologiyaları) əsaslı həll yolları" mövzusunda 6-cı iclası keçirilib. İclasda üzv ölkələrdə turizm marketinqində İKT vasitələrindən istifadə, bu sahədə mövcud vəziyyət, əsas problemlər, təcrübələr, tövsiyə perspektivlər müzakirə edilir.

Tədbirdə ölkəmizi təmsil edən Mədəniyyət Turizm Nazirliyi Turizm şöbəsinin Planlaşdırma inkişaf sektorunun böyük məsləhətçisi Cavid Abdullayev Azərbaycanda İKT sahəsinin son illərdə inkişaf səviyyəsi, dövlətin bu sahəyə diqqəti, əldə edilən nailiyyətlər turizmin inkişafında İKT-nin rolundan bəhs edib.

İKT vasitəsilə turizm potensialının təbliği bu sahədə ölkələrin uğurlu nümunələrinə həsr edilmiş sessiya zamanı müzakirələr çərçivəsində nazirliyin nümayəndəsi Azərbaycanın elektron marketinq istiqamətində həyata keçirdiyi mühüm islahatlar, nazirlik tərəfindən yaradılmış www.azerbaijan.travel rəsmi internet səhifəsi onun istər gəlmə, istərsə daxili turizmin inkişafında oynadığı rol, turizm potensialının digər elektron marketinq vasitələri ilə təbliği haqqında danışıb.

Tədbirdə İƏT-ə üzv olan ölkələrin beynəlxalq təşkilatların rəsmi nümayəndələri iştirak edib.

 

Mədəniyyət.- 2015.- 4 sentyabr.- S. 8.