Kitabxanalarda turizm informasiya guşələri
Respublikamızın bölgələrinin turizm imkanları və infrastruktur layihələri haqqında məlumatların əhaliyə dolğun şəkildə çatdırılması və maarifləndirilməsi məqsədilə 58 şəhər (rayon) mərkəzi kitabxanasında turizm informasiya guşələri yaradılıb.
Burada kitabxana oxucuları yaşadıqları şəhər və rayonlardakı turizm imkanları ilə yanaşı, respublikamızın digər bölgələrinin turizmi haqqında da əlavə məlumat əldə edə bilərlər.
Yaxın günlərdə qeyd olunan turizm
informasiya guşələrinin daha da zənginləşdirilməsi
məqsədilə Mədəniyyət və Turizm
Nazirliyinin sifarişi
ilə ölkəmizin və regionların turizm
imkanlarını özündə əks etdirən reklam-çap məhsullarını şəhər
(rayon) mərkəzi kitabxanalarına
paylanması nəzərdə tutulub.
Mədəniyyət.- 2015.- 4
sentyabr.- S. 8.