Anarın "Seçilmiş əsərləri" macar dilində çap olunub

 

Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın "Seçilmiş əsərləri" Budapeştin "Harmattan" nəşriyyatında nəfis şəkildə çap olunub.

Kitaba yazıçının müxtəlif illərdə qələmə aldığı povest və hekayələri daxil edilib.

Əsərləri macar dilinə Marqarita Herinq, Anna Vandor, Laslo Zahemski tərcümə ediblər. Ümumi redaktorluq işini isə tanınmış macar azərbaycanşünası, Budapeştin ELTE Universitetinin müəllimi Mariya Keneşi yerinə yetirib.

Macarıstan Yazıçılar Birliyinin sədri Yanoş Sentmartin azərbaycanlı həmkarının kitabına “ön söz” yazıb. "Əbədi dəyərlər sorağında" adlı “ön söz”də Anarın yaradıcılığı timsalında ədəbiyyatın xalqın və cəmiyyətin həyatında oynadığı mühüm roldan bəhs olunur.

 

Mədəniyyət.- 2015.- 4 sentyabr.- S. 4.