"Qanlı Yanvar" filmi mükafata layiq görülüb
Azərbaycan xalqının azadlıq mübarizəsinin, tarixi həqiqətlərinin dünyaya
çatdırılması baxımından böyük
əhəmiyyətə malik
olan "Qanlı Yanvar" filminin 39-cu Monreal Dünya Film Festivalında nümayişi
uğurla baş tutub.
Rejissor Vahid Mustafayevin filminin premyerasında festivalın
prezidenti Serxio Lis, kommunikasiya direktoru Henri Vels və digər nümayəndələr də
iştirak edib.
Nümayişdən sonra "Qanlı Yanvar" filmi mükafata layiq görülüb. Diplom festivalın prezidenti
Serxio Lis tərəfindən kinorejissor
Vahid Mustafayevə təqdim edilib.
Serxio Lis uzaq bir ölkədən
gələn hansısa
bir filmin onların ölkəsində
nümayiş etdirilməsini
nadir hal kimi qiymətləndirib. O, Azərbaycanı
böyük mədəni
irsə və tarixə malik olan bir ölkə
kimi tanıdığını
dilə gətirərək,
gələcəkdə bu
cür filmlərin nümayişinə daha çox yer verəcəklərini diqqətə
çatdırıb.
Qeyd edək
ki, 65-dən çox ölkənin qatıldığı
film festivalında Azərbaycanı
"Qanlı Yanvar"
filmi təmsil edib.
Mədəniyyət.- 2015.- 4 sentyabr.- S. 4.