İnformasiya sahəsində
qarşılıqlı fəaliyyətə dair
məsləhətləşmələr aparılıb
Sentyabrın 3-də Belarusun paytaxtı Minskdə MDB ölkələrinin informasiya sahəsində qarşılıqlı fəaliyyətinə dair XİN-lərarası məsləhətləşmələr keçirilib.
Azərbaycanın da təmsil olunduğu görüşdə postsovet məkanında inteqrasiya layihələrinin həyata keçirilməsi çərçivəsində informasiya sahəsində qarşılıqlı fəaliyyətin perspektivləri ətraflı müzakirə edilib.
Tərəflər xarici siyasətin informasiya təminatı sahəsində təcrübə mübadiləsi ediblər. Mətbuat konfranslarının və brifinqlərin təşkili, veb-saytlardan istifadə edilməsi, sosial şəbəkələrdə iş, xaricdəki müəssisələrin informasiya-təbliğat fəaliyyətinin əlaqələndirilməsi, kütləvi informasiya vasitələri ilə, o cümlədən xarici KİV-lərlə əlaqələrin inkişaf etdirilməsi, habelə əlamətdar hadisələrin informasiya təminatı məsələləri müzakirə edilib.
MDB İcraiyyə Komitəsində məsləhətləşmələrdən əvvəl “Sonuncu dünya müharibəsi: sülh naminə yadda saxlayaq” mövzusunda fotosərginin açılışı olub.
Xatırladaq ki, sərgi Azərbaycan
da daxil olmaqla MDB iştirakçıları olan doqquz ölkənin
BMT-dəki daimi nümayəndəlikləri
tərəfindən Qələbənin 70 illiyi
ərəfəsində qurumun
Nyu-Yorkdakı qərargahında təşkil edilib.
Mədəniyyət.- 2015.-4
sentyabr.- S. 3.