Azərbaycan və
Kalmıkiya teatrları arasında yaradıcılıq əlaqələri
davam edəcək
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və Rusiya Federasiyası Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrı arasında ikitərəfli müqavilənin bəndlərinə uyğun olaraq yaradıcılıq əlaqələri davam etməkdədir.
Müqaviləyə əsasən Kalmık Milli Dram Teatrının yaradıcı heyəti oktyabrın əvvəllərində A.S.Puşkinin “Qızıl balıq” və Ə.Əmirlinin “Sevən qadın” tamaşaları ilə çıxış edəcək.
Məlumat üçün bildirək ki, Kalmık Milli Dram Teatrında Ə.Əmirlinin “Sevən qadın” tamaşasına Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar incəsənət xadimi Bəhram Osmanov tərəfindən ötən mövsüm quruluş verilib.
26-30 oktyabr tarixində isə
Dövlət Gənc Tamaşaçılar Teatrı
Kalmıkiyaya qastrol səfəri edəcək.
Səfər çərçivəsində yaradıcı heyət
repertuarında olan iki
tamaşa ilə sözügedən
teatrın səhnəsində çıxış edəcək.
Mədəniyyət.- 2015.- 4
sentyabr.- S. 2.