“Zamanın sirləri”

 

Mir” telekanalı qədim ticarət marşrutu üzrə sənədli filmlər çəkir

 

Mir” telekanalının çəkiliş qrupu qədim ticarət marşrutunun sirrini açmaq üçün ekspedisiyaya yola düşüb. “Zamanın sirləri” adlı sənədli filmlər silsiləsindən ikinci film Strabon yolundan söz açır.

Filmin rejissoru Dmitri Xodakovski deyib: “Bu yol Mərkəzi Asiya və Azərbaycan ərazisi ilə Çindən və Hindistandan keçirdi. Burada iki qola ayrılırdı: birinci qol Kür çayının axını ilə yuxarıya doğru - Kolxidaİberiya tərəfə uzanırdı. İkinci qol isə Dərbənddən və Qafqaz çöllərindən keçməklə Xəzər dənizinin qərb sahili boyunca uzanırdı”.

Sənədli səyahət-tədqiqatın iştirakçıları romalıların qədim Bakıda nə axtardıqlarından, Əjdaha gölündə kimin yaşadığından və Kolxidanın “darvazalarının” harada olduğundan danışacaqlar. “Zamanın sirləri” silsiləsindən ikinci filmin çəkilişləri Azərbaycan, Ermənistan, Gürcüstanİnquşetiyada aparılıb.

Layihə Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə icra olunur. Filmin premyerası bu ilin dekabrında “Mir” telekanalında nəzərdə tutulur.

 

Mədəniyyət.- 2015.- 4 sentyabr.- S. 2.