Alimlərimiz beynəlxalq
konfrans və tədris proqramında
Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşları - filologiya elmləri doktoru M.Quliyeva, filologiya üzrə fəlsəfə doktorları L.Əlizadə və T.Bədəlova İranın Ərdəbil şəhərində “Fars dili və ədəbiyyatının yayılma arealı” mövzusunda X beynəlxalq konfransda iştirak ediblər. Konfransda hər üç əməkdaşın məruzəsi maraqla qarşılanıb.
AMEA Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nəzakət Məmmədli isə Böyük Britaniyanın Oksford Universitetinin nəzdindəki Oksford Dil Mərkəzində təşkil olunan 21 günlük tədris proqramında iştirak edib.
Kursu müvəffəqiyyətlə
bitirən alimə mərkəzin sertifikatı təqdim olunub.
Mədəniyyət.- 2015.- 9
sentyabr.- S. 14.