Sərgi-yarmarkada
Azərbaycan guşəsi maraq doğurub
2015-ci ildə “MDB-nin mədəni paytaxtı” elan edilən Rusiyanın Voronej şəhərində “Voronej-Şəhər-Bağ” adlı sərgi yarmarka keçirilib. Yarmarkada Azərbaycan guşəsi qonaqların böyük marağına səbəb olub.
Artıq 5-ci dəfədir keçirilən yarmarka bu il də MDB-yə üzv ölkələri bir araya gətirib. Landşaft arxitekturası və tikinti sahəsində müasir nailiyyətlərin nümayişi məqsədilə keçirilən sərgi-yarmarkanın iştirakçıları Voronejin əsas meydanını müxtəlif güllərlə bəzəyiblər.
Azərbaycan guşəsində Qız qalasını əks etdirən maket və butalar yerli və xarici qonaqların diqqət mərkəzində olub. Bundan başqa, qonaqlar broşür və bukletlər vasitəsilə Azərbaycanın mədəniyyəti, mətbəxi və turizm potensialı ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
Sərgidə iştirak edən Voronej vilayətinin qubernatoru Aleksey Qordeyev Azərbaycan guşəsi ilə tanış olub, diasporumuzun nümayəndələri ilə görüşüb. Ölkəmizin inkişafından söz açan qubernator Azərbaycanın Rusiyanın regionları ilə münasibətlərinin yüksək templə inkişaf etməsindən danışıb.
Sərgi-yarmarkada təmsil olunan
ölkələr özlərinin musiqi mədəniyyətini
də nümayiş etdiriblər. Azərbaycanlı
balacalar milli rəqslərimizi
yüksək məharətlə təqdim ediblər. Bundan başqa,
iştirakçı ölkələrin guşələri də
şəhər rəhbərliyi tərəfindən təltif
olunub. Azərbaycan guşəsi özünün rəngli çalarları ilə
3-cü mükafata layiq
görülüb.
Mədəniyyət.- 2015.- 9
sentyabr.- S. 13.