“Tələbələrim artıq müəllim olublar

 

Müsahibimiz uzun illərdir qardaş Türkiyədə yaşayaraq qədim musiqi alətimiz balabanı dünyaya tanıdan Əməkdar artist Əlixan Səmədovdur.

 

- Əlixan müəllim, musiqiyə ilk olaraq hansı alətlə başlamısınız?

- Mən musiqiyə nağarayla başlamışam. Sonra qarmon və nəfəsli alətlərlə maraqlanmışam. Tanış olduğum ilk nəfəsli musiqi aləti qaboydur. Yaşımın kiçik olmasına baxmayaraq, qaboyla bir çox azərbaycanlı məşhur musiqiçilərlə solo konsertlərim də olub. Sonra klarnet, zurna, tütək, saksafons. alətlərə marağım artdı. Tale elə gətirdi ki, Türkiyəyə dəvət edildim. Hələ sovet zamanında FransaAlmaniyada olmuşdum. Oralardan da təkliflər almışdım, amma Türkiyəni seçdim. Türkiyəyə gəldiyim zaman elə bildim ki, daha öncə burada yaşamışam. Mənə çox doğma gəldi Türkiyə. O vaxtdan bu vaxta - 25 ilə yaxındır ki, İstanbulda yaşayıb mədəniyyətimizi dünyaya çatdırıram.

- Tarixən Türkiyədə balaban olubmu?

- Balaban dünyanın bir çox bölgəsində dəyişik adlarla olduğu kimi, Türkiyədə də var. Bu barədə yazdığım “Balaban metodu” kitabımda bilgi vermişəm. Türkiyədə balabananey” deyirlər. Görünüşcə eyni olsa da, bir az cızıltılı səsə malikdir.

- Açığı, uzun müddət Azərbaycanda balaban o biri alətlərin kölgəsində qalıb, əsasən də zurnanın. Sizdə balabanı müstəqil solo alətinə çevirmək istəyi nədən yarandı?

- İstanbulda məni tanıyan musiqiçi dostlarım, studiyalarda kaset çalışmalarına məni də dəvət edirdilər. O çağlar Türkiyə sənətçiləri kaset buraxmaq istəyəndə repertuarlarında mütləq bir-iki Azərbaycan mahnısına yer verirdilər. Bu ənənə indiyə qədər davam etməkdədir. Ən çox məndən istədikləri qarmon, klarnet və tütək musiqisi olurdu. Halbuki çantamda balaban, zurna da vardı. Belə bir çalışma zamanı studiyadakı aranjimançı çantamda balabanı görüncə “bu nə, hocam?” dedi. “Balabandedim, çox gözəl səsi var. O zamandan bu yana bildiyim başqa musiqi alətlərini bir qırağa qoyub özümə söz verdim ki, bir azərbaycanlı olaraq balabanı dünyaya tanıdacağam. Beləcə balabanı daha çox ifa edərək səsini duyurmağa çalışdım. Dinləyən bir daha dinləmək istəyirdi. Bundan sonra hamı məndən kaset istəməyə başladı. Rəhmətlik Rafiq Babayevlə rəqs qrupları üçün hazırladığımız bir kasetimiz vardı, mən də onu çoxaldaraq istəyənlərə verirdim. Bu kasetdə klarnet, balaban, tütək və nəlbəki ilə ifa etdiyim Azərbaycan rəqsləri yer almışdı. Zaman keçdikcə mənə balaban kaseti çıxarmaq üçün təkliflər gəlirdi. Bilirdim ki, bu, mənim üçün ilk şansdır. O gündən sonra özümə repertuar hazırladım, sadəcə Azərbaycan musiqilərini təbliğ etmək və balabanı tanıtmaq üçün çalışmalara başladım. Şükürlər olsun ki, ilk kasetimin Türkiyə üçün hazırlanmasına baxmayaraq, dünyanın bir çox şəhərlərinə dinləyicilər vasitəsi ilə yayılmağa başladı. Məsuliyyətim ikiqat artdı. Həyatımı balabanla davam edəcəyimi bir daha başa düşdüm.

- Bu sənətdə kimləri özünüzə ustad sayırsınız?

- Azərbaycanda çox bacarıqlı musiqiçilər var. Açığı, mənim balaban müəllimim olmayıb. Sadəcə, yuxarıda qeyd etdiyim kimi, məşhur musiqiçilərimizlə konsertlərim olmuşdu. Bunlardan biri dəyərli klarnet ifaçısı Ələkbər Əsgərov idi. O, mənim zurna ifamı çox sevərdi. O zamanlar mən balabana elə zaman ayırmırdım. Demək olar ki, ruhumu oxşayan hər balaban ifaçısını dinləyirdim. Bir ki, sadəcə balaban ifaçısı olaraq mən kimsəni görmədim. Azərbaycanda hər klarnet ifaçısının çantasında balaban, zurna, tütək musiqi alətlərini görmək mümkündür, ancaq bu musiqiçilər klarnet ifaçısı kimi tanınırlar. Bunun səbəbi odur ki, balaban ilə pul qazanmaq imkanı klarnetə baxanda daha azdır. İnanıram ki, balaban ilə ailələrini dolandıra bilsəydilər, bu alətdə ifaçılar daha çox olardı. Azərbaycan musiqi tarixində solo balaban olaraq ilk dəfə 2002-ci ildə albomu mən çıxarmışam.

- Türkiyədə tələbələriniz varmı?

- Tələbələrim artıq müəllim olublar. Çox sevinirəm ki, ilk xanım balaban ifaçısı türkiyəli tələbəm Dəniz Altuğ olub. Alp Akmaz, Yusif Balaban (soyadını sonradan Balaban olaraq dəyişib), Gökhan Falçı başqalarının adlarını çəkə bilərəm. Son çıxardığım “Balaban-8” adlı albomda tələbələrimlə duetlərimi çoxsəsli musiqiləri dinləmək mümkündür.

- Bəstələriniz necə, varmı?

- Satışda olan 8 albomumda 24 bəstəm var. Hazırda üzərində çalışdığım “Balaban-9” adlı albomda da bəstələrimə yer vermişəm. Dünyaya səs salacaq daha bir çox bəstələrim yoldadır. www.alihansamedov.com saytımdan bəstələrimi dinləmək mümkündür.

- Balaban haqqında kitabınızın əsas mahiyyəti nədən ibarətdir?

- Bu kitabda balaban haqqında hər şey var. Balabanı öyrənmək istəyən hər kəs bu kitabdan yararlana bilər. Kitab türk, ingilis rus dillərindədir. Türkiyənin bir çox kitabxanalarında kitab mağazalarında var. İstəyən hər kəsə hədiyyə etmişəm.

- Ötən ilin sonlarında Azərbaycanın Əməkdar artisti adına layiq görüldünüz...

- Bu mənim üçün sürpriz oldu. Mənim kimi düşünən, Azərbaycandan qıraqda yaşayan həmvətənlərim nəyinsə xətrinə görmürlər. Yetər ki, hər kəs öz işini layiqincə görsün, dövlətimiz, xalqımız da zamanı gəlincə öz qiymətini verər. Bu ada layiq görüldüyümə görə Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. İnanın ki, Türkiyədəki konsertlərimdə televiziya proqramlarında anons zamanı deyilənAzerbaycanın devlet sanatçısısözləri mənə böyük ilham qürur verir.

 

S.Soltanlı

 

Mədəniyyət.- 2015.- 9 sentyabr.- S. 12.