Bakı Xoreoqrafiya Akademiyasının şagirdləri
Həştərxanda yay məktəbində
iştirak ediblər
Rusiya Federasiyası Həştərxan
vilayəti Mədəniyyət və Turizm
Nazirliyinin təşəbbüsü ilə
2001-ci ildən “İstedadlı uşaqlar üçün yay
yaradıcılıq məktəbləri” təşkil olunur.
Layihənin əsas məqsədi incəsənət sahəsində fəaliyyət göstərən təhsil ocaqlarının istedadlı şagirdlərin bacarıqlarının inkişafı və bu sahədə təcrübə mübadiləsidir. Builki yay məktəbində Azərbaycan, Qazaxıstan və Rusiyanın Həştərxan vilayəti ilə yanaşı digər subyektlərindən 6 ixtisas üzrə 34 şagird və 4 kurator iştirak edib.
Bakı Xoreoqrafiya Akademiyasından verilən məlumata görə, avqustun 6-dan 17-dək bu tədris ocağının VII və VIII siniflərinin 4 şagirdi - Səma Məmmədova, Elvira Alışova, Nəzrin Adıyeva və Aza Nurullayeva akademiyanın müəllimi, xoreoqraf Lyudmila Qutlyanskayanın müşayiəti ilə yaradıcılıq məktəbinin xoreoqrafiya sənəti üzrə dərslərinə qatılıblar.
Proqrama ixtisaslaşdırılmış fənlər, interaktiv tədbirlərlə yanaşı, xoreoqrafiya sənəti üzrə məşhur baletmeyster Andris Liepanın ustad dərsləri də daxil idi.
Dərs prosesi ilə bərabər, iştirakçılar üçün şəhərin müxtəlif gəzməli yerlərinə, muzeylərə, kinoteatrlara, rəsm qalereyasına ekskursiyalar təşkil olunub.
Yay yaradıcılıq məktəbinə hesabat konserti ilə yekun vurulub. Bakı Xoreoqrafiya Akademiyasının şagirdləri və müəllim-xoreoqraf L.Qutlyanskaya Həştərxan dövlət kanalının səhər proqramında da çıxış ediblər. L.Qutlyanskayaya vilayət Mədəniyyət və Turizm Nazirliyinin təşəkkür məktubu təqdim olunub.
Müxtəlif yay
yaradıcılıq məktəblərinin mütəmadi təşkili
və bir qayda olaraq istedadlı şagirdlərin bu məktəblərdə iştirakı,
onların professional bilik
və bacarıq səviyyələrinin inkişafı ilə
yanaşı gələcəkdə əldə olunan təcrübələrinin
bölüşməsi üçün
xarici həmkarları ilə xoş münasibətin və uzun
sürən əlaqələrin yaranmasına səbəb olur.
Mədəniyyət.- 2015.- 9
sentyabr.- S. 11.