Paris və Tokio sərgilərində
iştirakla bağlı məsələlər
müzakirə olunub
Sentyabrın 7-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Turizm Assosiasiyasında ölkəmizin gəlmə turizmi üzrə ixtisaslaşmış aparıcı şirkətlərinin iştirakı ilə görüş keçirildi. Görüşdə 24-27 sentyabr tarixində Yaponiyanın paytaxtı Tokioda (“JATA 2015”) və 29 sentyabr - 2 oktyabr tarixində Fransanın paytaxtı Parisdə (“Top Resa 2015”) keçiriləcək beynəlxalq turizm sərgilərində iştirakı ilə bağlı məsələlər müzakirə olundu.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov bu tədbirlərin əhəmiyyətindən danışdı. Bildirdi ki, beynəlxalq turizm sərgilərində iştirak ölkəmizin turizm potensialının təbliği üçün zəmin yaradır. Qarşıdakı sərgilər də bu potensialı nümayiş etdirmək, ölkəmizi daha dolğun şəkildə tanıtmaq üçün yeni imkanlardır.
Görüşdə “Geo travel”, “Gilan
tourism”, “SW travel”, “İmprotex travel”, “ENC”,
“Turizm.az”, “Paşa travel”, “Victory tour”, “Spektr”, “Millenium” və “Al travel” şirkətlərinin
nümayəndələri iştirak
edirdi.
Görüşün yekunu olaraq hər iki sərgidə iştirakla bağlı turizm şirkətlərinin
nümayəndələrindən ibarət işçi qrupunun yaradılması, onların beynəlxalq turizm sərgilərində
iştirakının effektivliyinin
artırılması, o cümlədən
gəlmə turizmi ilə bağlı təkliflərin hazırlanaraq
Mədəniyyət və
Turizm Nazirliyinə təqdim edilməsi qərara alındı.
Qeyd edək
ki, Parisdə keçiriləcək “Top Resa
2015” beynəlxalq turizm
sərgisində ölkəmizi
mədəniyyət və
turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi
ilə nümayəndə
heyəti təmsil edəcək. Sərgiyə “Geo travel”, “Gilan tourism”, “SW
travel” şirkətləri qatılacaq.
Mədəniyyət və Turizm
Nazirliyi və yerli turizm şirkətləri
artıq altıncı
dəfədir ki, “Top Resa” sərgisində iştirak edir.
Fariz
Mədəniyyət.- 2015.- 9
sentyabr.- S. 9.