Fransa ilə turizm əlaqələri
genişlənir
Sentyabrın
3-də mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru Cəfər
Cəfərov, Fransanın ölkəmizdəki səfiri Paskal Mönye, səfirliyin
birinci müşaviri Fabienne Drout Lozinski və digər əməkdaşların
iştirakı ilə görüş keçirilib.
Görüşün məqsədi Azərbaycan Turizm və Menecment Universiteti və universitetin nəzdində fəaliyyət göstərən Bakı Peşə Məktəbi ilə Fransanın turizm sahəsində fəaliyyət göstərən təhsil müəssisələri arasında əməkdaşlıq perspektivləri və turizmin digər sahələrində əməkdaşlığın genişləndirilməsi olub. Universitet tərəfindən Fransa təhsil ocaqları ilə təhsilin bütün pillələri, həmçinin orta peşə təhsili üzrə mümkün əməkdaşlıq müzakirə olunub.
Həmçinin kənd turizminin inkişafı, kənd təsərrüfatlarının turizm məqsədilə istifadə standartları, koordinasiya işi sahəsində əməkdaşlıq perspektivləri üzrə fikir mübadiləsi aparılıb. Fransalı turistlərin Azərbaycana cəlb edilməsi istiqamətində olan çətinliklər, problemlər və çatışmazlıqlar da diqqətə alınıb.
29 sentyabr - 2 oktyabr tarixlərində Parisdə keçiriləcək
"Top Resa 2015"
beynəlxalq turizm sərgisi çərçivəsində
Azərbaycan nümayəndə heyəti və Fransanın turizm təhsil ocaqları arasında görüşün təşkil olunması
və danışıqların davam
etdirilməsi nəzərdə tutulub.
Mədəniyyət.- 2015.- 9
sentyabr.- S. 9.