Müalicəvi turizmin imkan və perspektivləri

 

Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun Sağlamlıq Turizminə Dəstək İctimai Birliyinin rəhbəri Ruslan Quliyev ilə görüşündə ölkəmizdə müalicəvi turizmin vəziyyəti, perspektivləri və bu sahədə görüləcək işlər nəzərdən keçirilib. Sağlamlıq Turizminə Dəstək İctimai Birliyi 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təsis edilib. Birliyin məqsədi ölkəmizin bu sahədə imkanlarının inkişaf etdirilməsi və xarici ölkələrdə təbliğidir.

R.Quliyev ötən müddətdə görülən işlər barədə danışıb. Bildirilib ki, təşkilatın internet səhifəsi yaradılıb və sosial şəbəkələrdə təbliğat fəaliyyəti, habelə Türkiyə, Gürcüstan, BƏƏ və Qazaxıstanda keçirilən ixtisaslaşmış sağlamlıq və müalicəvi turizm sərgilərində təşkilatın və ona üzv olan mehmanxanaların iştirakı təmin edilib. Təşkilat mütəmadi olaraq müvafiq treninq, konfransseminarlarda iştirak edir, sağlamlıq turizminə aid kataloq hazırlanaraq çap olunub. Bir sıra beynəlxalq təşkilat və birliklərlə əməkdaşlıq müqavilələri və memorandumlar imzalanıb.

Görüşdə Azərbaycanda sağlamlıq və müalicəvi turizmin inkişafı ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin quruma dəstək formaları müzakirə edilib.

 

Mədəniyyət.- 2015.- 9 sentyabr.- S. 9.