ATMU-nun Baltik Beynəlxalq
Akademiyası ilə əməkdaşlığı
Azərbaycan Turizm və Menecment Universiteti öz fəaliyyətində dünyanın nüfuzlu ali məktəbləri ilə profilinə uyğun istiqamətlər üzrə əlaqələrin qurulmasına hər zaman önəm verir.
Bu fikri universitetin rektoru, professor Cəfər Cəfərov Latviyanın Baltik Beynəlxalq Akademiyasının nümayəndələri Marina Qunare və Yekaterina Quselnikova ilə görüşdə diqqətə çatdırıb. O, qonaqlara rəhbərlik etdiyi tədris ocağının 10 illik tarixi, təhsil və təcrübə modelinin ixtisaslı kadr hazırlığına müsbət təsiri, beynəlxalq təşkilatlarla əlaqələrin inkişafı barədə ətraflı məlumat verib.
Rektor C.Cəfərov və Baltik Beynəlxalq
Akademiyasının "Turizm və hotelçilik", "Bakalavr
və magistr" proqramlarının rəhbəri
M.Qunare ali təhsil
ocaqları arasında bağlanacaq əməkdaşlıq
sazişində ATMU tələbələrinin Latviyanın nüfuzlu hotellərində təcrübə semestrinin təşkili məsələsinin
də həll olunacağına inam ifadə
ediblər.
Mədəniyyət.- 2015.- 9
sentyabr.- S. 7.