Kolmar şəhərində mədəniyyətimizin
təqdimatı
Caz konserti və fotosərgi təşkil olunub
Avropa Azərbaycan Cəmiyyəti (TEAS) Fransanın Kolmar şəhərinin meriyası ilə birgə mədəni tədbirlər təşkil edib.
Sentyabrın 7-də Kolmar Caz Festivalının 20-ci
buraxılışının açılış konsertində
tanınmış azərbaycanlı caz
ifaçısı Emil Əfrasiyab konsert proqramı ilə çıxış edib. Konsert yerli televiziya kanalı (www.tv7.fr) ilə
canlı yayımlanıb. Azərbaycanlı pianoçunu fransız musiqiçilərindən ibarət
kvartet - Rafael Pannier (zərb
alətləri), Antuan
Katz (bas) və Aleksandr
Madlin (saksafon) müşayiət edib.
Həmyerlimiz bu il Parisdə
keçirilən “Jazz a Saint-Germain-des-Pres” və Reims şəhərindəki “Sunnyside” festivallarında da çıxış edib.
Sentyabrın 8-də Kolmarın Edmond Gerrer adına
mediatekasında “Azərbaycan
obyektivdə” adlı fotosərgi açılıb.
Ayın
12-dək davam edəcək
sərginin məqsədi
Azərbaycanın mədəniyyəti,
təbiəti və tarixini şəhər sakinlərinə tanıtmaqdır.
Sərgidə TEAS tərəfindən 2012-ci ildə təşkil olunmuş eyniadlı fotomüsabiqənin şəkilləri
nümayiş olunacaq.
Müsabiqəyə 150-dən çox fotoqraf 750-dək foto göndərib. Münsiflər heyəti “Conde Nast Traveller” jurnalının foto direktoru Karolin Metkalf və məşhur fotoqraf Henri Dallal kimi peşəkarlardan
ibarətdir.
Qeyd edək
ki, bu ilin
mayında Azərbaycanın
Şəki və Fransanın Kolmar şəhərləri
arasında dostluq və əməkdaşlıq
xartiyası imzalanıb.
Mədəniyyət.- 2015.- 9 sentyabr.- S. 5.