Mədəniyyət
və Turizm Nazirliyində fransalı qonaqlarla görüş
Xəbər verdiyimiz kimi, Fransanın turizm sənayesi və kütləvi informasiya vasitələrinin nümayəndələrindən ibarət heyət 3-6 sentyabr tarixində ölkəmizdə səfərdə olub.
Sentyabrın 4-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Fransanın nümayəndə heyətini qəbul edib. Görüş zamanı müasir texnologiyalar vasitəsilə turizmin inkişaf istiqamətləri haqqında müzakirələr aparılıb.
Nazir ölkəmizin mədəniyyətinin və turizm imkanlarının Fransada tanınması üçün son illər görülən işlər barədə danışıb və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə Fransanın bir çox şəhərlərində müxtəlif layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.
Vurğulanıb ki, bugünlərdə Parisin milyonlarla ziyarətçisi olan Luvr muzeyinin qarşısındakı məşhur Pale Royal meydanında Heydər Əliyev Fondu tərəfindən "Azərbaycan şəhərciyi" təşkil edilib. Ölkəmizin 29 sentyabr - 2 oktyabr tarixlərində Parisdə keçiriləcək “Top Resa” turizm sərgisində iştirakı və Fransa media nümayəndələri üçün hər il təşkil olunan infoturlar haqqında da məlumat verilib.
Nümayəndə heyətinin
üzvləri öz növbəsində nazir Əbülfəs Qarayevə təşəkkür
edərək Azərbaycanın Fransada daha geniş tanıdılması
üçün təmsil etdikləri təşkilatların
aktiv fəaliyyət göstərəcəklərini
vurğulayıblar.
Mədəniyyət.- 2015.- 9
sentyabr.- S. 3.