Milli Kitabxanada
növbəti treninq
Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan kitabxanalarda yeni avtomatlaşdırılmış kitabxana sistemi olan ALISA proqramının tətbiqi ilə əlaqədar Azərbaycan Milli Kitabxanasında 10 günlük treninqlər davam edir.
Kitabxanadan bildirilib ki, sentyabrın 7-də növbəti treninq işə başlayıb. Ucar, Oğuz, Daşkəsən, Xaçmaz, Zaqatala, Tovuz, Qusar, Astara rayon MKS-ləri və C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının mütəxəssisləri bu treninqdə ALISA-da işləmək vərdişləri ilə yanaşı, MARC 21 formatını öyrənəcəklər.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açılışda
çıxış edərək treninqin
kitabxananın və “Ultra” şirkətinin
mütəxəssisləri tərəfindən
aparıldığını bildirib,
iştirakçılara uğurlar
arzulayıb.
Mədəniyyət.- 2015.- 9
sentyabr.- S. 3.