“Türklər
dövlət idarəetməsinə qanunun
üstünlüyünü gətirdilər”
“Osmanlılarda hökmdar üçün ən böyük xüsusiyyət ədalətli olmaq idi”
Dünyanın tanınmış tarixçilərindən olan professor Xəlil İnalcık 100 yaşını tamamlayıb. Bir çox dillərə çevrilən 60-dan çox kitabın müəllifidir, tədqiqatlarının böyük qismi Osmanlı tarixi ilə bağlıdır. Kembric Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən adı dünyada sosial elmlər sahəsində öndə gedən 2000 alim arasında göstərilib. Həyat və fəaliyyətindən bəhs edən “Tarixçilərin qütbü Xəlil İnalcık” adlı kitab 2005-ci ildə çap olunub. Əslən Krım tatarlarından olan məşhur tarixçi ilə qısa müsahibəni təqdim edirik.
- Yəqin ilk sualımız sizin üçün ənənəvi olacaq. 100 il ömür sürmək hər kəsə nəsib olmur axı. Bu necə oldu?
- Təbii, bu sual mənim üçün adiləşib. Bu qədər yaşamağımın səbəbini sağlam həyat tərzi sürməyimdir. Hər gün yarım saat gəzirəm, klassik musiqi dinləyirəm. Ən mühümü isə, həyatda bir hədəf, məqsəd olmalıdır ki, insanı yaşatsın. Mənim hədəfim bu idi: türklərin tarixini bir yabançı deyil, bir türk gözü ilə yazmaq. Əslən Krım türküyəm. Uzun illər Ankara Universiteti dil, tarix və coğrafiya fakültəsində Osmanlı və Avropa tarixindən dərs verdikdən sonra 1972-ci ildə Çikaqo Universiteti tarix bölməsinə Osmanlı tarixi üzrə professor olaraq dəvət edilmişəm. Ölkə daxilində və xaricində çoxlu universitetlərin fəxri doktoru diplomlarına layiq görülmüşəm. 1993-cü ildə Bilkənd Universitetinə dəvət edildim və burada tarix bölməsini qurdum.
- Yazdığınız onlarla kitab, yüzlərcə məqalə ilə türk dünyasına və türk tarixinə böyük töhfələr vermisiniz...
- Ömrümü bu məqsədə həsr etdim.
Əsas mənbə kimi arxiv
sənədlərindən istifadə etdim.
Bunun sayəsində obyektiv
bir tarix
yazdığıma inanıram. Bu silsilədən
yazdığım 5 cildlik kitab
nəşr edilib. Əsərlərim dünya dillərinə tərcümə olunur. Sonuncu dəfə Çin nəşriyyat evi
“Klassik əsr” (Classical
age) kitabımı Çin
dilinə tərcümə edib. Əsərlərimin
önəmli olanları Qərb, Balkan
ölkələri, ərəb və fars
dillərinə çevrilib. Bununla böyük qayələrin,
məqsədlərin gerçəkləşdiyinə
inanıram. Artıq obyektiv bir Osmanlı tarixi olaraq mənim əsərlərim
oxunmaqdadır. Bütün Balkan universitetlərində “Klassik
əsr” dərs kitabı kimi tədris olunur. UNESCO-nun dəstəyi ilə nəşr edilən 6 cildlik “Dünya tarixi”ndə XVI-XIX əsrləri
əhatə edən beşinci cildin redaktorluğu mənə həvalə olunmuşdu.
- Osmanlının dünya tarixində yerini necə görürsünüz?
- Osmanlılarda bir hökmdar üçün
ən böyük xüsusiyyət, prinsip ədalətli olmaq idi. Bu dövlət
nəzəriyyəsi İran
hökmdarı Ənuşirəvandan
Osmanlılara qədər
gəlmişdi. Osmanlıdan öncə,
Səlcuq dövlətində
dövlət bürokratiyası
İran hakimiyyəti idi, əsgərlər isə türk idi. Sonra yavaş-yavaş dövlət başına
türklər gəldi,
İslam dünyasını
İran da daxil olmaqla türklər
idarə etdi. Türklər dövlət idarəetməsinə
qanunun üstünlüyünü,
qanunnamələr gətirdi.
Bu o zamana qədər
heç bir dövlətdə olmamışdı
və dövlət idarəetmə mədəniyyətinə
yeni bir töhfə idi.
- Türkiyənin Sənəd
və Kadastr Baş Direktorluğunda Xəlil İnalcik adına araşdırma
salonu açılıb.
Bunu necə qarşıladınız?
- Həmin salonun açılış mərasimi
və bu məkana adımın verilməsi doğumumun
100-cü ilinin tamamlandığı
gün oldu. Yəni bu mənə bir doğum günü hədiyyəsi
idi. Həm də adımın,
fəaliyyətimin gələcək
nəsillərə ötürülməsinə
bir vasitə olacaq. Salonun elm adamlarına da
xeyirli olmasını arzu edirəm. Əlbəttə, bu da məni sevindirir. Osmanlı dövlətindən qalan minlərlə sənəd,
bir çox kitab və toplu
burada mühafizə ediləcək. Tarixçilər, akademiklər və tələbələr də
yeni salonda işləməkdən məmnundurlar.
Hətta
bura əcnəbi tələbələrin də
diqqətini çəkir.
Mehparə.
Mədəniyyət.- 2015.- 11
sentyabr.- S. 15.