Türk mədəniyyətində dinin rolu
Macarıstanda beynəlxalq elmi konfrans
Sentyabrın 9-da Budapeştdəki Peter Pazmani Katolik Universitetində Macarıstan Elmlər Akademiyasının, Türkoloji Araşdırmalar Qrupunun və Seqed Universitetinin birgə təşkilatçılığı ilə “Türk mədəniyyətində dinin rolu” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb. Konfransda Macarıstan, Türkiyə, Rumıniya, Rusiya, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Polşa və digər ölkələrdən türkoloq-alimlər və tarixçilər iştirak edirlər.
Beynəlxalq konfransı Macarıstan Elmlər Akademiyasının həqiqi üzvü, professor Andraş Ronataş giriş nitqi ilə açıb.
Azərbaycanın və Türkiyənin Macarıstandakı səfirləri Vilayət Quliyev və Şakir Fakılı beynəlxalq konfransın açılışında çıxış ediblər.
Peter Pazmani Katolik Universitetinin rektoru, professor Sabolç Suromi, Macarıstan Elmlər Akademiyası və Seqed Universitetinin birgə türkoloji araşdırmalar qrupunun rəhbəri, professor Mariya İvaniç çıxışlarında qədim türk abidələrinin dini baxımdan öyrənilməsindən danışıblar. Bu tədqiqatların türk mədəniyyətinin humanist mahiyyətinin üzə çıxarılmasında, müasir mərhələdə dini dözümlülük və tolerantlıq mühitinin formalaşdırılmasında mühüm rolu qeyd edilib.
Konfransın işində
Macarıstan, Türkiyə, Rumıniya, Rusiya
Federasiyası, Qazaxıstan, Türkmənistan,
Qırğızıstan, Polşa və
digər ölkələrdən türkoloq-alimlər və
tarixçilər iştirak edirlər. Üç gün davam edəcək beynəlxalq tədbirdə
40-a yaxın məruzə dinləniləcək,
müzakirələr aparılacaq.
Mədəniyyət.- 2015.- 11
sentyabr.- S. 13.