Elm və təhsil fədaisi

 

Böyük türk şairi Ziya Paşa yaxşı deyib:

 

Ayinəsi işdir kişinin, lafə baxılmaz,

Şəxsin görünər rütbeyi-əqli əsərindən.

 

Yəni insanın fəaliyyətinin meyarı, göstəricisi onun işi, əməlləridir. Boş sözdən kar aşmaz. Hər kəsin ağlının dərəcəsi onun əsərindən məlum olar. İnsan illərin sayı ilə yox, əməllərinin nəticəsinə görə hörmət və nüfuz qazanır.

Görkəmli alim, fəal ictimai xadim, təhsil sisteminin mahir bilicisi, təşkilatçısı və idarəedicisi, Bakı Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar incəsənət və Əməkdar elm xadimi, elmlər doktoru, professor Timuçin Əfəndiyevin zəhmətsevərliyi və özünə qarşı tələbkarlığı onun müvəffəqiyyətlərinin əsasını təşkil edir. Ömrünü elmə, təhsilə həsr etmiş bu insanın yazdığı bütün elmi əsərlər və dərsliklər ziyalılar, eləcə də tələbələr tərəfindən maraqla qarşılanır. Mən professor Timuçin Əfəndiyevi yüksək elmi təfəkkürə, geniş elmi dünyagörüşünə malik olan bacarıqlı təşkilatçı rəhbər və istedadlı alim kimi tanıyıram. Onun çəkdiyi əmək heç bir zaman boşa getməmişdir. Böyük şairimiz Hüseyn Cavid deyirdi:

 

Bəxtiyarsan, əgər çəkdiyin əmək,

Cahan sərgisinə versə bir çiçək.

 

Professor Timuçin Əfəndiyev yüksək ixtisaslı elmi kadrların hazırlanması sahəsində də əhəmiyyətli işlər görmüşdür. Onun elmi rəhbərliyi altında onlarla elmlər doktoru yetişmişdir. Timuçin Əfəndiyev çalışdığı bütün sahələrdə nümunəvi bacarığı, yüksək məsuliyyət hissi göstərə bilib. O, bütün uğurlarına məhz zəhmətkeşliyinə görə nail ola bilib.

Timuçin müəllim haqqında danışarkən öncə onun elmi yaradıcılığından bəhs edilməlidir. O, 1973-cü ildə “Hüseyn Cavidin yaradıcılığı” mövzusunda namizədlik dissertasiyası, sonraRomantik dramaturgiyada tarixilik və bədiilik” mövzusunda elmi məruzə şəklində doktorluq dissertasiyası müdafiə etmişdir. Timuçin Əfəndiyev 1977-ci ildən M.Əliyev adına İncəsənət İnstitutunda adi müəllimlikdən fakültə dekanı və rektorluq vəzifəsinə qədər yüksəlmişdir.

Yaxşı yadımdadır, rektor təyin olunduqdan sonra o, ciddi islahatlar apardı. Vaxtilə 8 ixtisasda kadr hazırlayan kiçik bir institut hazırda 40-a yaxın ixtisas üzrə kadrlar yetişdirən, respublikada BDU-dan sonra ilk dəfə universitet statusu alan, beynəlxalq aləmdə nüfuz sahibi olan bir təhsil ocağına çevrildi. Kinorejissor, kinooperator, televiziya rejissoru, muzeyşünas, moda, dizayn, ədəbi yaradıcılıq, aşıq sənəti, nəşriyyat işis. kimi yeni ixtisaslar açıldı. Onun rəhbərliyi dövründə Mədəniyyət və İncəsənət Universitetində respublikamızda ilk dəfə olaraq xoreoqrafiya ixtisası yaradıldı. Xoreoqrafiya sənəti, səhnə plastikası kimi kafedralar fəaliyyətə başladı. T.Əfəndiyev təhsil sistemi üçün vacib olan bu yenilikləri məhz mətbuat vasitəsilə cəmiyyətin diqqətinə çatdırırdı və bu məqalələr, verdiyi müsahibələr cəmiyyətdə böyük əks-səda doğururdu. Professor Timuçin Əfəndiyev bacarıqlı təhsil və elm təşkilatçısıdır. O, təcrübəli pedaqoq və tədqiqatçı kimiBöyük dramaturq”, “Hüseyn Cavidin ideyalar aləmi”, “XVIII əsr rus teatrı”, “Antik ədəbiyyat”, “C.Cabbarlı və romantik dramları”, “Azərbaycan dramaturgiyasında metodlar”, “Azərbaycan mədəniyyəti və incəsənəti”, “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz”, “Mədəniyyətdə tarixilikmüasirlik” və s. kimi monoqrafiya, kitab və dərsliklər yazmışdır.

Müstəqil Azərbaycanda təhsilin, xüsusilə mədəniyyət və incəsənət təhsilinin yeni ideologiyametodologiya zəminində təşkili sahəsində professor Timuçin Əfəndiyevin böyük xidmətləri vardır. Birgə işlədiyimiz dövrdə dəfələrlə müşahidə etmişəm ki, o, istedadlı aktyora, rejissora, rəssama, müğənniyə, bir sözlə, sənət adamlarına böyük qayğı göstərmişdir. İstedadlı adamları müdafiə etmək naminə o, heç bir tapşırığa güzəştə getməyib. Yaxşı yadımdadır, o vaxtkı İncəsənət İnstitutunda cəmi iki-üç nəfərin elmi dərəcəsi var idi. Timuçin Əfəndiyevin rektorluğu dövründə Azərbaycanın ən görkəmli sənət adamları, onlarla elmlər doktoru, yüzə yaxın fəlsəfə doktoru bu ali məktəbdə pedaqoji işə cəlb olundu. Onun təşkilatçılıq bacarığı sayəsində universitetdə aspirantura, magistratura şöbələri və müdafiə şurası yaradıldı. Fərəh hissi keçirirəm ki, vaxtilə universitetdə tələbə olmuş insanların çoxu Timuçin Əfəndiyevin qayğısı sayəsində yüksək elmi adlar alaraq bu gün qabaqcıl pedaqoqlara çevrilmişlər. Hər bir rəssam, hər bir yazıçı özünün hansı əsərini daha çox sevirsə, mənə elə gəlir ki, Timuçin Əfəndiyevin də elmi əsərləri ilə bərabər, yəqin ki, ən çox sevdiyi əsər Mədəniyyət və İncəsənət Universitetidir. 40 ilə yaxın dostluq etdiyim bu insanla hər dəfə hansı mövzuda söhbət ediriksə, söhbətimizin axırında universitetlə bağlı məsələlərə də toxunulur. Məhz buna görə də möhtərəm Prezidentimiz cənab İlham Əliyev onu Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu” ilə təltif etmişdir. Onu da qeyd edim ki, professor Timuçin Əfəndiyev təhsil sahəsində bu mükafata layiq görülmüş birinci şəxsdir.

Professor Timuçin Əfəndiyev bir sıra xarici ölkələrdə, o cümlədən Türkiyə, Fransa, ABŞ, Misir, Rusiya, Avstriya, Bolqarıstan, İtaliya, Böyük Britaniya, Almaniyas. beynəlxalq elmi simpoziumnüfuzlu nəzəri konfransların iştirakçısı olmuş, Azərbaycan mədəniyyəti və incəsənəti mövzusunda məruzələr etmişdir. ABŞ-ın Çikaqo, Medison, Milvaki, Nyu-York, Siti, Nortvesten universitetlərində “Azərbaycan mədəniyyətinin inkişaf mərhələləri” mövzusunda məruzə ilə çıxış edən görkəmli alim bu görüşlərdə Qarabağ problemindən, mədəni abidələrimizin erməni işğalçıları tərəfindən talan olunması haqqında da ətraflı məlumat vermişdir. Xatirimdədir, 2005-ci ilin fevral ayında (o zaman mən Türkiyənin Memar Sinan adına Gözəl Sənətlər Universitetində çalışırdım) mətbuatdan oxudum ki, Londonda yerləşən Beynəlxalq Bioqrafiya Mərkəzinin təltif komissiyası professor Timuçin Əfəndiyevi “Dünyanın aparıcı pedaqoqları - 2005-ci il” fəxri adına layiq görmüşdür. Beynəlxalq Bioqrafiya Mərkəzinin prezidenti Nikolas Lo professor Timuçin Əfəndiyevə məktub göndərərək onu bu yüksək ad münasibəti ilə təbrik etmiş, bu fəxri adın diplomunu və medalını almaq üçün onu Londona dəvət etmişdir. Məktubda yazılırdı: “...Bu adın sahibi kimi Siz əmin ola bilərsiniz ki, bizim tariximizdə sizin öz yeriniz var. Sevinə bilərsiniz ki, fəaliyyətiniz qeyd olunmaqla yanaşı, adınız mərkəzin fəaliyyətinə nümunə kimi daxil edilmişidir. Bu adın daşıyıcısı kimi Siz daim Beynəlxalq Bioqrafiya Mərkəzinin fəaliyyətində yaxından iştirak edəcəksiniz”. Xarici ölkələrlə Azərbaycan arasında elmi - mədəni əlaqələrin inkişafında göstərdiyi xidmətlərinə və təhsil sahəsində görkəmli mütəxəssis kimi professor Timuçin Əfəndiyev Beynəlxalq Bioqrafiya Mərkəzinin fəxri üzvü seçilmişdir.

Professor Timuçin Əfəndiyevin təhsilimizin və mədəniyyətimizin inkişafında xidmətləri dövlətimiz tərəfindən yüksək mükafatlarla dəyərləndirilib. Əməkdar incəsənət və Əməkdar elm xadimi, “Şöhrət” ordenli professor həm də Teatr Xadimləri İttifaqının qızıl medalına, “Jurnalistlərin dostu” fəxri medalına, “Humay” və akademik Yusif Məmmədəliyev adına mükafatlara layiq görülüb. Geniş dünyagörüşünə və təcrübəli pedaqoqluq qabiliyyətinə malik olan professor Timuçin Əfəndiyev gənc, vətənpərvər, dərin bilik və bacarığa malik yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsində də xüsusi fəallıq göstərir. O, öz fəaliyyətində tələbkarlığı və xeyirxahlığı əsas tutur. Bu keyfiyyətlər ona işlədiyi kollektivdə dərin hörmət və məhəbbət qazandırmışdır.

Bu yaxınlarda görkəmli alim haqqında yenicə çapdan çıxmış, “İllərin izi ilə. Professor Timuçin Əfəndiyev mətbuatda” fundamental kitabı oxudum. Kitabda onun müxtəlif ədəbi dərgilərdə dərc edilmiş məqalələri, çoxcəhətli fəaliyyətini əks etdirən yazılar və əsərlərinə yazılan məqalələr toplanmışdır. Əsərdə ən çox diqqəti çəkən cəhətlərdən biri azərbaycançılıq və milli dövlətçilik ideyalarına sistemlielmi-metodoloji şəkildə yanaşılmasıdır. Müəllif qələmə aldığı hər bir mövzunu müstəqillik dövrünün istiqlal məfkurəsinə dayaqlanan metodla araşdırmışdır. Gözəl ensiklopedik biliyə malik olan Timuçin müəllimin kitabda verilən müxtəlif mövzularda - istər ədəbiyyat və teatrşünaslıq, istər musiqi və rəssamlıq, istərsə də kulturologiya və digər nəzəri problemlərə aid məqalələrini oxuduqca öz-özümə fikirləşirəm ki, nə yaxşı ki, belə ziyalılarımız vardır. Kitabda mənə xoş gələn əsas hissələrdən biri də görkəmli elm, ədəbiyyat, mədəniyyət xadimlərinin, tanınmış ziyalıların və sənətkarların professor Timuçin Əfəndiyevə həsr etdikləri məqalələr oldu. Burada onların alim haqqındakı ürək sözləri, cəmiyyətimizin mədəni həyatındakı xidmətləri, bütöv şəxsiyyəti, vətən sevgisi, vətəndaş-alim və təşkilatçı rəhbər kimi ali keyfiyyətləri açıqlanır.

Timuçin müəllimi mən dostluqda dəyanətli, yeri gələndə ümumi mənafeyi öz şəxsi mənafeyindən üstün tutan obyektiv insan kimi tanımışam. Bu cəhətini onu yaxından tanıyanlar təsdiq edə bilərlər. O, istər professor-müəllim heyətinə, istər də tələbələrinə həmişə qayğı ilə yanaşıb. Kiminsə qəlbinə dəydiyi yadıma gəlmir. İşlədiyi kollektiv, tələbələri və universiteti bitirmiş məzunlar həmişə onun ehtiramını saxlayır. Onun həyatda da, dostluqda da sözü ilə əməli eyni olub. Professor Timuçin Əfəndiyev ictimaiyyətdə böyük nüfuzu olan, seçilən və xalq sevgisi qazanan hörmətli ziyalılarımızdandır. Xeyirxahlığı, mərdliyi, insanlarla səmimi münasibəti və ünsiyyət mədəniyyəti onun böyük şəxsiyyətini tamamlayan keyfiyyətlərdir. O, xalqına, dövlətinə dərindən bağlı insandır. Son dərəcə sadə, təvazökar olduğu qədər də miqyaslı dünyagörüşünə, dərin biliyə, yüksək elmi potensiala malik bir şəxsdir. Etdiyi bütün yaxşılıqlardan heç bir təmənna ummayıb. Hansı vəzifədə çalışıbsa təmiz adam kimi tanınıb.

Yaradıcı ömrünün 40 ilini Mədəniyyət və İncəsənət Universitetinin inkişafına həsr edən elm və təhsil fədaisi böyük əzmkarlıqla yeni yaradılmış sənət məbədinə - Bakı Xoreoqrafiya Akademiyasına rəhbərlik edir. Qeyd olunduğu kimi, onun vaxtilə geridə qalmış, məhdud imkanlı İncəsənət İnstitutunu universitet səviyyəsində öncüllər sırasına çıxara bilməsi bir şəxsiyyət kimi güclü təşkilatçılıq, rəhbərlik səriştəsindən, böyük enerjisindən xəbər verir. Belə bir rəhbər kadrın yeni yaradılmış çətin sahəyə göndərilməsi yüksək peşəkarlıq və təşkilatçılıq qabiliyyətinin dövlətimiz tərəfindən qiymətləndirilməsinin məntiqi təzahürüdür. O, vətəndaş-alim, elm və təhsil fədaisi kimi çağdaş Azərbaycan ziyalı elitasının seçilən nümayəndələrindən biridir. Timuçin müəllimi tanıyanlar həmişə deyirlər ki, o yaxşı dost, qədirbiləndir. Ona görə də onun sədaqətli dostları varçoxdur.

40 ildən artıqdır ki, bu görkəmli alim, təşkilatçı rəhbər və mədəniyyət xadimi xalqına xidmət etməkdədir. Elmimizin, təhsilimizin inkişafında yorulmadan fəaliyyət göstərən əziz dostuma yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

 

Tofiq İsmayılov,

Xalq artisti, professor

 

Mədəniyyət.- 2015.- 11 sentyabr.- S. 10.