Turizm sənayesi üçün mütərəqqi qanunvericilik bazası mühüm şərtdir

 

Müasir turizm sənayesinin iqtisadi, sosial, ekoloji və digər tələblərə cavab verməsinin, eləcə də davamlı inkişafının təmin edilməsi dövlətin qarşısında duran mühüm vəzifələrdən biridir. Bu baxımdan müvafiq qanunvericilik bazasının olması mühüm şərtdir.

Mədəniyyət və Turizm Nazirliyi bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi üçün "Turizm haqqında" yeni qanun layihəsi hazırlayıb. Ümumdünya Turizm Təşkilatının və Avropa İttifaqının "Tvininq" layihəsinin ekspertlərinin təklif və tövsiyələrinin yer aldığı layihədə müasir turizm sənayesinin daha effektli idarə olunması üçün mühüm institusional, tənzimləyici yeniliklər və qabaqcıl təcrübələr öz əksini tapıb.

Qanun layihəsində institusional yeniliklər kimi, turizmrekreasiya zonalarının, turizm bürolarının, sosial turizm komissiyalarının, dövlət mülkiyyətində olmayan turizm informasiya mərkəzlərinin və turizm informasiya-biznes mərkəzlərinin yaradılması, elmi tədqiqatların aparılması üçün müvafiq qurumların təsis edilməsis. müddəalar yer alıb.

Həmçinin, korporativ idarəetmə standartlarının hazırlanması və onların turizm sahəsində dövlət tənzimləməsinin əsas prinsiplərdən biri kimi müəyyən edilməsi, dövlət turizm reyestrinin yaradılması və aparılması, turizm sahəsində fəaliyyət və xidmət növlərinin yeni təsnifatının nəzərdə tutulması, turizm və yerləşdirmə fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi və s. müddəalar əks olunub.

Hazırda qanun layihəsi aidiyyəti qurumlarla razılıq mərhələsindədir.

 

Mədəniyyət.- 2015.- 11 sentyabr.- S. 9.