Bakıda moda gecəsi keçiriləcək

Oktyabrın 16-dan 18-dək Bakıda "FMS Models" məktəbinin təşkilatçılığı, "Excelsior Hotel & Spa Baku" hotelinin dəstəyi və "ID FASHİON" telekanalı tərəfindən “Bakı moda gecəsi” (“Baku Fashion Night”) keçiriləcək.

Sentyabrın 10-da “Excelsior” hotelində bununla bağlı mətbuat konfransı oldu.

Tədbirdə çıxış edən “FMS Models” məktəbinin rəhbəri Lyubov Quturova bildirdi ki, “Bakı moda gecəsiyaz-yay payız-qış olaraq ildə iki dəfə keçirilən bir moda nümayişidir. “Excelsior” hotelində ötən ilin sentyabrında bu ilin mart ayında gerçəkləşən tədbirlər yerli xarici dizaynerlər, tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Layihənin məqsədi moda nümayişinə marağı olan auditoriyanı yerli xarici dizaynerlərin kolleksiyaları ilə tanış etməkdir.

Qeyd olundu ki, "Baku Fashion Night 2015”də payız-qış kolleksiyaları nümayiş olunacaq. Hər il olduğu kimi bu il məşhur dizaynerlər kolleksiyalarını təqdim edəcəklər. Milanın, Parisin Barselonanın moda həftələrinin iştirakçısı, ispan dizayneri Jordi Dolmau Novia builki tədbirə dəvət olunub.

Məlumat verildi ki, 2005-ci ildə yaradılan "FMS models" (www.fms.az) Azərbaycanın aparıcı model agentliyi model biznesinin bütün aspektləri üzrə fəaliyyət göstərir. Layihəyə təşkilati dəstək verən “Excelsior Hotel & Spa Baku’’ eyni zamanda tədbirin səs işıq sistemlərinin sponsorudur. Tədbirin təşkilatçısı “İD FASHİONkanalı dünyada ən son moda həyat tərzi üzrə son tendensiyaları təbliğ edən kanaldır.

 

Mehparə

 

Mədəniyyət.- 2015.- 11 sentyabr.- S. 7.