Azərbaycan
Konqreslər Bürosu Rusiyada
işgüzar görüşdə təmsil
olunub
Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu ilk dəfə “Rusiya Görüş Təşkilatçıları” (“Meeting Planners Russia”) işgüzar görüşündə təmsil olunub. Sentyabrın 7-8-də Moskvada keçirilən tədbirə qurumun satış və marketinq üzrə meneceri Ayan Zeynalova qatılıb.
Görüşlər sənayesi bazarında eksklüziv tədbir olan “Rusiya Görüş Təşkilatçıları 2015” işgüzar görüşü üçüncü dəfədir keçirilir. Tədbir dünyanın bu sahə üzrə ixtisaslaşan şirkət və təşkilatçılarını Rusiya və MDB ölkələrindən olan alıcılarla bir araya gətirən unikal platforma rolunu oynayır.
Büronun nümayəndəsi görüşlər sənayesində və məkanın idarə olunması sahəsində çalışan yerli şirkətlər, təşviqat agentlikləri və eləcə də korporativ müştərilərlə, əsasən enerji və maliyyə üzrə ixtisaslaşan şirkətlərin təmsilçiləri və vasitəçiləri ilə 50-yə yaxın işgüzar görüş keçirib.
2013-cü ilin
sonlarında dövlət və özəl sektorun
əməkdaşlığı əsasında yaradılan və
Azərbaycanın turizm bazarının
aparıcı iştirakçılarını bir araya gətirən Azərbaycan
Konqreslər Bürosunun fəaliyyət
sahəsinə ölkəmizə irimiqyaslı beynəlxalq tədbirlərin
cəlb edilməsi, Azərbaycanı beynəlxalq tədbirlərin
keçirilməsi üçün inkişaf edən məkan kimi
təbliğ və təqdim etmək kimi
işlər daxildir.
Mədəniyyət.- 2015.- 11
sentyabr.- S. 4.