“Habil
Əliyev İranda da
sevilən bir sənət adamı idi”
İran İslam Respublikasının mədəniyyət və islami irşad nazirinin müavini Əli Muradxani Xalq artisti Habil Əliyevin vəfatı ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.
Əli Muradxani deyib: "Tanınmış kamança
ifaçısı Habil Əliyevin ölüm xəbərini eşitdik.
Habil Əliyev musiqi
sahəsində öz
yaradıcılığı ilə sənət
dünyasında həmişə yaddaşlarda
qalacaq. O, öz dəyərli
yaradıcılığı ilə dünyanın bir çox ölkələrində,
o cümlədən İranda
musiqi xadimləri, sənət ustaları
və xalq tərəfindən sevilirdi. Habil Əliyev təkcə Azərbaycanda deyil,
həm də İranda hörmətli və
sevilən bir sənət adamı kimi tanınırdı. Onun
sənəti İran və Azərbaycan
arasında mədəni əlaqələrin inkişafında
və yaxınlaşmasında təsiredici rola
malik idi. Mən bu dahi sənətkarın
ölümünü bütün
sənət aləminə, xüsusilə Azərbaycan
xalqına böyük itki
hesab edirəm. Bununla
bağlı dərin hüznlə başsağlığı
verirəm. Allah rəhmət eləsin".
Mədəniyyət.- 2015.- 11
sentyabr.- S. 4.