Beynəlxalq musiqi festivalına hazırlıq müzakirə olundu

 

Bu il Üzeyir bəyin 130 illik yubileyinə təsadüf edən musiqi bayramı zəngin proqramı ilə diqqət çəkir

 

Azərbaycan Respublikası PrezidentininÜzeyir Musiqi Gününün keçirilməsi haqqında” 1995-ci il 18 sentyabr tarixli fərmanına uyğun olaraq hər il dahi bəstəkarın doğum günü ölkəmizdə musiqi bayramı kimi qeyd olunur. Bu münasibətlə konsertlər, sərgilər və digər mədəni tədbirlər təşkil olunur.

 

2009-cu ildən başlayaraq Üzeyir Musiqi Günündə həmçinin Azərbaycan professional musiqisinin banisinə həsr olunmuş beynəlxalq musiqi festivalına start verilir. Ötən illərdə festival müxtəlif ölkələrdən musiqiçiləri, kollektivləri bir araya gətirərək incəsənət aləmində böyük əks-səda doğurub.

18-28 sentyabr 2015-ci il tarixində Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyinə həsr olunmuş VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Sentyabrın 10-da Milli Kitabxanada mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə dahi bəstəkarın yubileyinə və beynəlxalq festivala hazırlıqla bağlı iclas keçirildi. Nazirliyin müvafiq şöbələrinin rəhbərlərinin, festivalda iştirak edəcək teatr-konsert müəssisələrinin, təhsil ocaqları və yaradıcı ittifaqların, musiqi kollektivlərinin bədii rəhbərlərinin qatıldığı iclasda tədbirlə bağlı təşkilati məsələlər müzakirə olundu, festivalın zəngin proqramı barədə ətraflı məlumat verildi.

Festivalın dahi musiqiçinin irsinin yaşadılmasına xidmət etdiyini bildirən nazir Əbülfəs Qarayev artıq ənənə halını alanbu il Üzeyir bəyin 130 illik yubileyinə təsadüf edən beynəlxalq musiqi bayramının yüksək səviyyədə keçirilməsinin vacibliyini vurğuladı. Bildirdi ki, festivalla bağlı Mədəniyyət və Turizm Nazirliyində müvafiq əmr imzalanıb və sənəddə tədbirlər planı, eləcə də digər məsələlər əksini tapıb.

Sonra mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev festivalın tədbirlər planı barədə məlumat verdi. Ənənəvi olaraq festival günlərində respublikanın teatr-konsert müəssisələrində, paytaxtımızın müxtəlif məkanlarında tədbirlərin keçiriləcəyini deyən nazir müavini proqramı təfərrüatı ilə iclas iştirakçılarının diqqətinə çatdırdı.

Qeyd olundu ki, ümumilikdə 30-dan artıq tədbirin reallaşacağı festivalda bir sıra ölkələrdən musiqiçi və solistlər də iştirak edəcək və bununla bağlı müvafiq məsələlər öz həllini tapıb. Müxtəlif konsertlər, görüşelmi müzakirələr, simpozium və sərgilərlə zəngin olan festival paytaxtla yanaşı, bölgələrdə də keçiriləcək.

18 sentyabr - Üzeyir Musiqi Günündə festivalın iştirakçıları ilk olaraq Fəxri xiyabana baş çəkəcək, daha sonra tədbir Milli Konservatoriyanın qarşısında davam edəcək. Sonra iştirakçılar Milli İncəsənət Muzeyinin həyətində “Güllələnmiş heykəlləri” - Üzeyir Hacıbəyli, Natəvan və Bülbülün doğma vətənləri Şuşadan gətirilmiş büstlərini ziyarət edəcəklər.

Üzeyir Musiqi Gününə həsr olunmuş növbəti tədbir bəstəkarın adını daşıyan Bakı Musiqi Akademiyasının qarşısında keçiriləcək. Burada Dövlət Xor Kapellası, Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestri konsert proqramı ilə çıxış edəcək.

Tədbirlər silsiləsi Üzeyir Hacıbəylinin ev-muzeyində davam edəcək. Günün əsas tədbiri isə Heydər Əliyev Sarayında olacaq. Beynəlxalq musiqi festivalının açılışı və Üzeyir Hacıbəylinin 130 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsində hökumət rəsmiləri, xariciyerli qonaqlar iştirak edəcəklər.

Respublikanın əsas musiqiteatr kollektivlərinin iştirakı ilə hazırlanan zəngin yubiley proqramı ilə yanaşı, qonaqlar sarayın foyesində bəstəkarın həyat və fəaliyyətinə həsr olunmuş sərgi ilə də tanış olacaqlar.

Nazir müavini sentyabrın 19-dan etibarən tədbirləri də proqram ardıcıllığı ilə sadaladı. Bildirdi ki, həmin gün Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Rusiya Saksofon Kvartetinin, Azərbaycan Dövlət Filarmoniyasında Liyepaya Simfonik Orkestrinin (Latviya) konsertləri, Azərbaycan Dövlət Musiqili Teatrında Ü.Hacıbəylinin “O olmasın, bu olsun” ikihissəli musiqili komediyasının, Akademik OperaBalet Teatrında isə bəstəkarın “Leyli və Məcnun” operasının nümayişi keçiriləcək.

Festivalın üçüncü gününün də proqramı zəngindir. Musiqisevərlər həmin gün Azərbaycan Dövlət Filarmoniyasında Liyepaya Simfonik Orkestrinin konsertinə, Musiqili Teatrda bəstəkarın “Ər və arvad” operettasına tamaşa etmək imkanı qazanacaqlar.

Sentyabrın 21-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində ustad dərsi, Beynəlxalq Muğam Mərkəzində Rusiya Böyük Teatrının Nəfəs Alətləri Kvartetinin çıxışı, Ağcabədi şəhərindəki Qarabağ Muğam Mərkəzində isə konsert olacaq.

Ertəsi gün Musiqi Mədəniyyəti Dövlət Muzeyində konsert, “Xəzər” Universitetində ustad dərsi, Bəstəkarlar İttifaqında elmi konfrans və Azərbaycan Dövlət Filarmoniyasında Avropa və Aralıq Dənizi Musiqi Akademiyasının təqdimatı nəzərdə tutulub.

23 sentyabr tarixində elmi konfrans işini davam etdirəcək, habelə konsertopera nümayişləri olacaq.

Ənənəvi festivalda maraqlı və yeni layihələri də nəzərdən keçirən təşkilatçılar bu dəfə “Bülbülsayağı” adlı musiqi layihəsini (Beynəlxalq Muğam Mərkəzi, 24 sentyabr, solist Anar Şuşalı) və Gürcüstan Kamera Orkestrini (Azərbaycan Dövlət Filarmoniyası, 24 sentyabr, dirijor Fəxrəddin Kərimov) də proqrama daxil ediblər.

25 sentyabrda Azərbaycan Bəstəkarlar İttifaqı, Bakı Musiqi Akademiyası və Azərbaycan Dövlət Filarmoniyasında müxtəlif musiqi kollektivlərinin təqdimatında kamerasimfonik konsertlər keçiriləcək.

Sentyabrın 26-27-də nəzərdə tutulmuş konserttamaşalar barədə məlumatı da diqqətə çatdıran nazir müavini bütün tədbirlərin yüksək səviyyədə təşkili üçün müvafiq tövsiyələr verdi.

Beynəlxalq festivalın təntənəli bağlanış mərasimi sentyabrın 28-də Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək. Gecədə Dövlət Simfonik Orkestrinin müşayiəti ilə (dirijor Rauf Abdullayev, solist Murad Adıgözəlzadə) konsert proqramı təqdim olunacaq.

 

Həmidə Nizamiqızı

 

Mədəniyyət.- 2015.- 11 sentyabr.- S. 3.