“Rusiya
şərqşünaslığında Azərbaycan məktəbi”
Alim-diplomat
Vilayət Quliyevin monoqrafiyası ingilis dilində
Azərbaycanın Macarıstandakı səfiri, filologiya elmləri doktoru Vilayət Quliyevin “Rusiya şərqşünaslığında Azərbaycan məktəbi” (XIX əsrin birinci yarısı) monoqrafiyası “L`Harmattan” nəşriyyatında ingilis dilində çap olunub.
Kitab Tbilisi, Kazan, Moskva, Peterburq arxivlərində aparılan axtarışlar və toplanan materiallar əsasında qələmə alınıb.
Müəllif XIX əsrin ilk onilliklərindən etibarən Rusiya imperiyasının Moskva, Kazan və Peterburq universitetlərində, Şərq Dilləri İnstitutunda, Lazarev İnstitutunda, Rusiya Elmlər Akademiyasında, bir sıra gimnaziyalarda çalışmış Azərbaycan əsilli pedaqoq və alimlərin elmi irsini sistemli şəkildə araşdıraraq Rusiya şərqşünaslığında ənənələri və tədqiqat üsulları ilə seçilən “Azərbaycan məktəbi”nin olduğunu diqqətə çatdırır. Qeyd olunur ki, Rusiyada Şərq haqqındakı elmin beşiyi başında Mirzə Kazım bəy, Mirzə Cəfər Topçubaşov, Mirzə Abdulla Qafarov kimi azərbaycanlı alimlər dayanıb və məhz onların davamçı və yetirmələri bir elm sahəsi kimi şərqşünaslığı əhəmiyyətli dərəcədə inkişaf etdiriblər.
Polemik ruhu ilə seçilən monoqrafiya Rusiya və Qərbin elmi dairələrində, elm tarixçiləri arasında maraq doğuracaq.
Uzun müddət akademiya sistemində
çalışmış Vilayət Quliyev
kitabı Azərbaycan Milli Elmlər
Akademiyasının 70 illiyinə ithaf edib.
Mədəniyyət.- 2015.- 16
sentyabr.- S. 15.