Füzuli poetikasından bəhs edən yeni nəşr

 

"Yazıçı" nəşriyyatında tanınmış füzulişünas alim, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, filologiya üzrə elmlər doktoru Gülşən Əliyevanın "Füzuli poetikası" adlı dərs vəsaiti işıq üzü görüb.

Kitabda müəllif Füzuli poeziyasına Şərq poetik kanonlar və məcazlar, müəmmalar, poetik fiqurlar, mübaliğə və təşbehlərin bədii-fəlsəfi sistemi kimi yanaşır, mütəfəkkir şairin söz, hüsn, eşq, qəm anlayışlarının sufizmin zahidlikdən-arifliyə poetik təkamülün, rindi-şeydalığın poetik-mistik mahiyyətini açmağa çalışır.

Kitabın redaktoru akademik İsa Həbibbəyli, rəyçiləri isə akademik Teymur Kərimli və AMEA-nın müxbir üzvü Əliyar Səfərlidir.

 

Mədəniyyət.- 2015.- 16 sentyabr.- S. 15.