ATMU-nun əməkdaşı beynəlxalq
konfransda çıxış edib
Ankara şəhərində TOBB ETU Universiteti,
OSRAM Analitik Mərkəzi və
Rusiyanın “PolitKontakt” Siyasi
Texnologiyalar Mərkəzinin təşkilatçılığı
ilə “Yaxın Şərqdə və Qafqazda
regional təhlükəsizliyi üçün çağırışlar
və təhdidlər: xarici amillər və
daxili ziddiyyətlər" mövzusunda beynəlxalq konfrans
keçirilib. Azərbaycan Turizm və Menecment Universitetinin ictimai fənlər
kafedrasının müdiri İbrahim Əliyev konfransın
iştirakçısı olub. Azərbaycan
alimi tədbirdə "Cənubi Qafqaz dövlətlərinin müasir
dünya durumunda yeri və regionun təhlükəsizlik
problemləri" mövzusunda məruzə
ilə çıxış edib.
Mədəniyyət.- 2015.- 16
sentyabr.- S. 15.